03:01 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xeyirxahlıq nümunəsi

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
02:07 18.07.2021

 

Qurban bayramı dünya müsəlmanlarının mənəvi-ruhi birliyinin təcəssümüdür

 

Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığından doğan mübarək Qurban bayramı bu il Azərbaycanda bir başqa coşqu, bir başqa təmtəraqla qeyd olunur.

Neçə illər idi ki, bu müqəddəs gündə dualar edir, növbəti bayramı əzəli dədə-baba yurdumuz Qarabağda qeyd etmək üçün Tanrıya qurbanlar kəsirdik. 

Bəlkə də elə bu saf, ülvi, Vətən özləmli müqəddəs duaların çin olmasının nəticəsidir ki, digər əziz bayramlarımız kimi Qurban bayramını da illərdir həsrətini çəkdiyimiz Qarabağın azadlığının yaratdığı qürurverici şadyanalıqla qeyd edirik.

Bu İlahi xoşbəxtliyi el-obamıza müzəffər Ali Baş Komandan İlham Əliyev, yenilməz sərkərdənin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəmanları, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlər ərməğan edib.

Düz 30 illik həsrətdən sonra Qarabağda bayram-bayrama qarışıb. Müqəddəs məscidlərimizdən qalxan ruhi saflığın təcəssümü azan sədaları, milyonlarla sinədən pərvazlanan ülvi dualar pillə-pillə Tanrı dərgahına ucalır...

 

Qurban kəsmək ayini bəşəriyyətin həyatında yeni bir səhifə açıb

 

İnsanları halallığa, paklığa, birgəliyə, ədalətə səsləyən Qurban bayramı dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini təcəssüm etdirir.

Qurban kəsmək mərasiminin tarixi qədimdir. Tarix boyu dünya xalqları bu ayini müxtəlif cür icra edib. Hətta insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli adətlər də mövcud olub. Səmavi dinlər olan iudaizm, xristianlıq və islamda müxtəlif formalarda olsa da qurbankəsmə ayini icra olunur.  Lakin islamda bərqərar olan qurban kəsmə ayini bəşəriyyətin həyatında yeni bir səhifə açıb və Yer üzünün ən ali varlığı insana qarşı həyata keçirilən qəddarlığı, vəhşiliyi sonlandırıb.

Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş verən bir əhvalatla əlaqədardır. Həmin əhvalat Qurani-şərifdə əksini tapıb. Müqəddəs kitabımıza görə, İbrahim əleyhissəlam yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir, əhvalı pozulur. Bir ata kimi - özü də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir. İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür və axırda dərk edir ki, sevimli oğlunu qurban kəsmək Allahın əmridir, Xaliqin buyuruğu isə yerinə yetirilməlidir. İbrahim peyğəmbər sevimli oğlunu qurban kəsmək istəyəndə isə nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir. Elə bu məqamda səmadan səs gəlir: “Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdursa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq” (Quran, Saffat, 104-105).

Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə, peyğəmbərlik üçün bəyənib seçdiyi bəndəsini - İbrahim əleyhissəlamı sınağa çəkirdi və onun bu sınaqdan mətanətlə çıxdığını görüb İsmayılın əvəzinə qurban kəsmək üçün qoç göndərir. İbrahim peyğəmbər qoçu qurban kəsib Allaha şükür edir...

Qurban bayramının əsasında duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-təala İbrahim peyğəmbərin səmimiliyini, Tanrıya sədaqətini və qəlbən bağlılığını, Onun buyuruqlarına əməl etməyə hazır olduğunu sübut etdi. Digər tərəfdən isə Allah-təala İbrahim peyğəmbər vasitəsilə öz bəndələrinə bildirdi ki, yalançı dinlərdə olduğu kimi, insanların qurban kəsilməsini istəmir. Allah qurban kəsmək üçün göydən qoç göndərməklə yalançı etiqadların puçluğunu, yaratdığı ən mükəmməl məxluqun - insanın hər şeydən uca olduğunu nəzərə çarpdırdı.

 

Allaha xoş gələn əməllərdən biri

 

Müqəddəs kitabımızda deyilir: “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə (nemətimizə) şükür edəsiniz! Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Məhəmməd!) Ehsan edənlərə (cənnətlə) müjdə ver!” (Həcc, 36-37) Başqa sözlə, müsəlman qurban kəsərək Tanrıya yaxınlığını, ona sədaqətini bir daha sübut edir.

Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir. Elə “qurban” sözünün hərfi mənası da (“yaxınlıq”, yəni, Allaha yaxınlıq) buna dəlalət edir.

Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilən əməllərdən hesab olunur. Qurban ətindən fəqir və kasıb ailələrə paylamaq gərəkdir ki, onlar bayram ab-havasını yaşasınlar - bu böyük savabdır.

 İmkanlıların qurban kəsməməsi məqbul olmadığı kimi, imkansızların da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərclə qurban kəsməsi məqbul deyil.

Qurban qoyun və keçidən, dəvə və inəkdən kəsilməlidir. Çöl heyvanlarından, eləcə də quşlardan qurban kəsilməz. Qurbanlıq heyvan sağlam, qüsursuz və cavan olmalıdır. Xəstə, arıq, çolaq, gözü kor, buynuzu sınmış, dişləri tökülmüş, qulağı, quyruğu kəsilmiş heyvandan qurbanlıq olmaz. Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban ətinin hamısını kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar.

 

Xeyirxahlığın təzahürü

 

İmkanlı müsəlmanın qurban kəsib imkansızların ehtiyaclarını qismən də olsa, ödəməsi xeyirxahlığın təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə büruzə verir. Qurban ətinin paylanması insanların bir-birinə kömək göstərmələrinin, əl tutmalarnın vacibliyinə dəlalət edir.

Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü göstərir. Qurban ətinin paylanması maddi sərvətlərin ədalətli bölüşdürülməsi mənasını verir.

Müsəlman dünyasında əsl təntənəyə çevrilən, insanlara birlik, həmrəylik, şəfqət, xeyirxahlıq duyğuları aşılayan Qurban bayramında insanlar bir-birlərini həcc, fədakarlıq, təvazökarlıq və bağlılıq günü kimi təbrik edir, aztəminatlı ailələrə yardım göstərirlər.

Uca Allah Qurban bayramının mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi 37-ci ayə.

Şükürlər olsun ki, Ulu Tanrı kəsdiyimiz qurbanları, duaları qəbul edib və arzularımızı çin edərək bu il bizə Qurban bayramını müqəddəs yurdumuz Qarabağda qeyd etmək kimi xoşbəxt tale nəsib edib.

Uca Allah kəsəcəyimiz qurbanları qəbul etsin!

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM