06 Noyabr 2018 02:52
3290
Oxucu məktubları
A- A+

Xərci az, rahatlığı çox


Bizim kənd o qədər də böyük deyil. 90 evi və 300-dən bir qədər çox sakini var. Buranın relyefi və iqlim şəraiti elədir ki, ilin çox vaxtı yanacaq tələb olunur. Bunu da həmişə yalnız odun hesabına edirdik. Onun da həm əziyyəti çox idi, həm də xərci.

Lakin ümidli idik. Bilirdik ki, respublika ərazisində qaz təchizatı sistemi yenidən qurulur. Uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən "mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir. Bir gün bizim kənd də qazlaşdırılacaq. Bu, belə də oldu. Cari ilin sentyabr ayının 19-da bizim Meşəbaş kəndi də qazlaşdırıldı.

Bu münasibətlə açılışı mərasimi keçirildi. Mərasimdə çıxış edən sakinlər kəndimizə mavi yanacağın verilməsini yüksək qiymətləndirdilər. Bu diqqət və qayğıya görə ölkə rəhbərinə, qazlaşdırmada əməyi olan insanlara dərin minnətdarlıqlarını bildirdilər.

Petro MURADXALAŞVİLİ,

Qax rayonu Meşəbaş kəndinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video