01 Sentyabr 2021 20:37
1057
DÜNYA
A- A+

Xarici hərbi qüvvələrin Liviyadan çıxarılması məsələsi təklif olunur

 

Liviyaya qonşu ölkələrin – Misir, Tunis, Sudan, Çad və Nigerin xarici işlər nazirləri, həmçinin BMT, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqının nümayəndələrinin iştirakı ilə Əlcəzairdə konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda qəbul edilmiş yekun Bəyannamədə Liviyadakı xarici hərbi kontingentlərin çıxarılması təklif olunub.

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubis bildirib ki, Şimali Afrikanın bu mühüm ölkəsində davamlı sülhə nail olmaq məqsədilə aparılan danışıqlar davam etdirilir. Liviyanın suverenliyinin bərpası bütün xarici hərbi qüvvələrin bu ölkəni tərk etməsindən asılıdır. Hazırda bu ölkədə 20 minə yaxın muzdlu hərbçi var.

Konfransda çıxış edən Liviyanın xarici işlər naziri Nəcla Əl-Manquş qeyd edib ki, dekabrın 24-də onun ölkəsində keçirilməsi nəzərdə tutulan ümumxalq seçkilərinin baş tutması üçün sabitliyin tam bərpası, habelə müxtəlif siyasi qüvvələr və tayfalar arasında konsensusun əldə edilməsi mühüm şərtdir. Bu məqsədə nail olunmasında qonşu ölkələrin, xüsusilə Misirin rolu böyükdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video