06:50 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Xarıbülbül” Zəfərimizin mədəniyyət müstəvisində tərənnümünə çevrildi

ANA SƏHİFƏ / SİYASƏT
00:40 18.05.2021

 

Azərbaycan xalqı bu günlərdə olduqca yüksək səviyyədə təşkil edilmiş və hər birimizin ruhunu oxşayan mühüm bir mədəniyyət tədbirinə şahidlik etdi. Amma bu, nəinki son illərdə, ümumilikdə, müstəqillik dövründə məzmunundan asılı olmayaraq, respublikamızda keçirilmiş bütün tədbirlərdən fərqlənirdi. Çünki “Xarıbülbül” musiqi festivalı işğaldan azad olunmuş ərazilərimizdə keçirilən ilk tədbir idi...

Elə bu baxımdan Qarabağın tacında, Şuşada keçirilən “Xarıbülbül” festivalı yalnız musiqi tədbiri kimi əlamətdar olmadı. Bu festival  Prezident İlham  Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın erməni işğalına son qoymasının, torpaqlarımızın azad edilməsinin tərənnümçüsü olmaqla həm də rəmzi məna daşıdı. Eyni zamanda bu festival Qarabağın Azərbaycan torpağı,  Şuşanın qədim Azərbaycan şəhəri olmasının bir daha dünyaya çatdırılması baxımından siyasi əhəmiyyət kəsb etdi.

Xatıladım ki, “Xarıbülbül” musiqi festivalı Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Cəmi bir il sonra beynəlxalq status alıb və keçmiş SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri hesab olunub. Şuşanın xəyanət nəticəsində işğalından sonra bu festivalın keçirilməsi dayandırılıb.

Torpaqlarımızı “dəmir yumruqla” işğaldan azad edən Prezident İlham Əliyev  doğma Qarabağımızı bərpa edir, yenidən qurur. Eyni zamanda Qarabağın mədəni ənənələri də bərpa olunur. Sonuncu dəfə 30 il əvvəl keçirilən “Xarıbülbül” musiqi festivalı da bundan sonra əbədi olacaq və hər il keçiriləcək. Bundan sonra heç bir qüvvə bu festivalın keçirilməsinə  mane ola bilməyəcək.

“Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması da mühüm idi. Çünki xalqımız Şuşaya qan tökərək canından can verərək qayıdıbdır. Alınmaz qala olan Şuşanı yalnız Azərbaycan Ordusu azad edə bilərdi. Əsgər və zabitlərimiz, gizirlərimiz Şuşa  uğrunda döyüşlərdə elə bir mübariz ruha sahib idilər ki, heç bir qüvvə, heç bir maneə onların qarşısını ala bilməzdi. Bu yolda igidlərimiz canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar, Şuşanı azad etməklə Vətən müharibəsindəki qələbənin möhürünü vurdular. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi”.

28 il yarım işğal dövründə Ermənistan nə qədər çalışsa da, bu Azərbaycan şəhərini erməniləşdirə bilmədi. Çünki hər küçəsində, hər bir abidəsində yalnız Azərbaycan xalqının mədəniyyətinin, milli dəyərlərinin, ulu tarixinin silinməz izi var. Şuşanın hər bir daşı xalqımızın mənəvi sərvətidir və onu tarixdən itirmək mümkün deyil. Ona görə işğal dövründə düşmən digər rayonlarımızda olduğu kimi, Şuşanın da keçmişinə, tarixinə qənim kəsilib, onu erməniləşdirə bilmədiyi üçün vandalizmə məruz qoyub.

Artıq Şuşa rahat nəfəs alır. Prezident İlham Əliyevin xüsusi nəzarəti ilə başlanan bərpa və yenidənqurma işləri, Heydər Əliyev Fondu tərəfindən şəhərin mədəni irsi ilə bağlı  həyata keçirilən layihələr Şuşanın bütün yaralarını sağaldacaq. Bu şəhərdə yüksəlişin yeni nümunələri yaranacaq.

“Xarıbülbül” musiqi festivalı bütün siyasi-rəmzi tərəfləri ilə yanaşı, həm də Qarabağda milli mədəniyyətimizin Şuşadan başlanan təntənəsi oldu. Bu festival hərbi Zəfərimizin mədəniyyət sahəsindəki tərənnümünə çevrildi. Bir vaxtların şanlı-şöhrətli ünvanı olan Şuşa tarixi və milli ənənələrini yenidən dirçəldir. Bir vaxtlar “Qafqazın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” kimi tanınan Şuşa öz tarixi şöhrətini tezliklə tam bərpa edəcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM