03 Oktyabr 2019 01:35
2245
SİYASƏT
A- A+

Xalqdan qüvvət alan Lider


Verdiyi bütün vədlərə əməl etməsi hər bir ölkə vətəndaşının Prezident İlham Əliyevə inamını, etimadını daha da artırır


"Mənə də güc verən vətəndaşların dəstəyidir. Mən bu dəstəyə arxalanıram, güvənirəm. Bu, mənə güc verir. Bu gün Azərbaycan dünya miqyasında sabitlik məkanıdır, inkişaf diyarıdır. Bundan sonra da biz ancaq yüksələn xətlə inkişaf edəcəyik, buna heç kimin şübhəsi olmasın”.

Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən hər zamankı kimi paytaxt sakinləri ilə görüşüb söhbətləşdi.

Bu görüşdə bir daha bəlli oldu ki, xalq öz liderinə inanır, güvənir. Daim vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının atdığı bu addımlar əlbəttə ki, xalqın Prezidentinə olan etimadını daha da artırır.

Paytaxt sakininin söylədiyi fikirlər də bunu deməyə tam əsas verir: "Allah Sizə cansağlığı versin. İnsanlar Sizi sevir və dəstəkləyir. Həmişə deyirik ki, Prezidentimiz camaatın arasındadır. Onun gecəsi-gündüzü ancaq camaatı düşünməkdir”.

Mütəmadi olaraq keçirilən açılışlar, təməlqoyma mərasimlərində iştirak edən Prezident həm də ictimaiyyət nümayəndələri ilə görüşüb söhbətləşir. Bununla dövlət başçısı həm də xalqa hesabat verir və rəyini öyrənir. Onları dinləyir, suallar ünvanlayır, ölkədəki islahatların məğzi barədə məlumat verir. Hər addımında vətəndaşının əlini sıxır, qucaqlaşır, şəkil çəkdirir, dərdini dinləyir, tapşırıq verir. Bütün bunlar Prezident İlham Əliyevin iş tərzidir.

Bu ilin ötən 9 ayı ərzində ölkənin ictimai-siyasi və sosial həyatında baş verən hadisələrə nəzər yetirsək görərik ki, cənab İlham Əliyevin keçirdiyi saysız-hesabsız görüşlər, insanları səbirlə dinləməsi, onların məsləhətlərini, arzu və təkliflərini nəzərə alması onun həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir.

Fevral ayında respublikanın şimal bölgəsində baş vermiş zəlzələ zamanı Şamaxı və Ağsuya səfər edərək qorxu-təlaş içərisində olan vətəndaşlara böyük təsəlli verməsi, ünvanına yazılan bütün məktubların birbaşa qəbulu, Beyləqanda, Sumqayıtda, paytaxt Bakıda sakinlərlə səmimi görüşlər keçirməsi, bir sözlə, hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Yəni dövlət başçısının xalqla bir yerdə olması, millətə arxalanması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi, bütün vədlərinə əməl etməsi xalqın Prezidentinə inamını, etimadını daha da artırır. Sakinlərin səmimi fikirləri, arzuları, rəhbərə sevgiləri isə bir daha təsdiq edir ki, cənab İlham Əliyev bu müddət ərzində xalqın sevimli liderinə çevrilib.

Fevralın 13-də dövlət başçısının Beyləqana səfəri çərçivəsində sakinlərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də təsdiq etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir: "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır... Sizə xidmət etməyə gəlmişəm” fikirləri isə bir daha hər bir vətəndaşı qürurlandırdı.

Ümumiyyətlə, dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Prezident İlham Əliyevin böyük sosial-iqtisadi islahatlarının nəticəsi də göz önündədir. Həyata keçirilən iqtisadi layihələrdən əldə edilən dividendlər sayəsində bir ildə iki dəfə maaşlar, pensiyalar, təqaüdlər artırılıb. Sosial-iqtisadi sahədə həyata keçirilən layihələr ölkəmizin ümumi inkişafına sanballı töhfələr verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına görə dünyada lider ölkələrdən biridir. Əldə olunan nailiyyətlər ölkəmizin bütün regionlarının, o cümlədən paytaxt Bakının da timsalında aydın görünür. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən paytaxtda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.

Dövlət başçısı Bakı şəhərinin problemlərinin həlli istiqamətində böyük işlər görüldüyünü, metronun "Koroğlu” stansiyasının yanında yeni Nəqliyyat Mübadilə Mərkəzinin açıldığını diqqətə çatdıraraq vurğuladı ki, bu layihələr vətəndaşların rahatlığı üçündür: "İndi mənim təşəbbüsümlə nümunəvi həyətlər qurulur. Bütün həyətlər abadlaşdırılacaq və həyətlərdə bütün şərait yaradılacaq. Lift təsərrüfatı yenilənir. Bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Bunlar Bakının həm gözəlliyi, abadlığı, eyni zamanda, vətəndaşların rahatlığı üçündür. Biz bu işləri davam etdirəcəyik. Bakının hər bir guşəsi abad, gözəl olmalıdır. Vətəndaşlar üçün çox gözəl imkanlar yaradılmalıdır”.

Azərbaycan Prezidenti hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Həyata keçirdiyi siyasətin mərkəzində də vətəndaş maraqlarının dayanması bunun əyani təsdiqidir. Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezidentin atdığı addımlar, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib.

Bütün bunları isə beynəlxalq təşkilatların keçirdiyi rəy sorğuları da təsdiqləyir. Fransanın "Opinion Way” şirkətinin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri ölkəmizlə yanaşı, beynəlxalq miqyasda da böyük maraqla qarşılanıb. Şirkətin sorğusunda sadə azərbaycanlıların sosial-siyasi baxışları əks olunub. Dərin təhlillər elə ilkin təəssüratı tamamlayır - Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevin liderliyindən, fəaliyyətindən və islahatlar kursunun nəticələrindən tam razıdır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video