XALQA XİDMƏTİN MÖHTƏŞƏM NÜMUNƏSİ
Xoşbəxt o xalqdır ki, tarixinin taleyüklü məqamlarında onlara müdrik, uzaqgörən, qətiyyətli, xalqını və dövlətini qəlbən sevən insanlar başçılıq edirlər!
Başı bəlalar və müsibətlər çəkmiş Azərbaycanın bəxti bu sarıdan gətirmişdir.
Ulu Öndər Heydər Əliyevin siyasət aləminə qədəm qoyması ilə sanki Azərbaycana yeni günəş doğmuşdur.
Dövrün xüsusiyyətlərini incəliklərinə qədər bilən, sosializmin qəliblərindən ustalıqla yayınmağı və yararlanmağı bacaran Ümummilli Liderimiz ölkəyə rəhbərlik etdiyi müddət ərzində Azərbaycanı yenidən tikib-qurdu, kənd və şəhərlərin simasını dəyişdi, yeni təhsil və mədəniyyət ocaqları yaratdı, xalqımızın sosial rifahını və mədəni səviyyəsini əsaslı şəkildə yüksəltdi.
Ulu Öndər SSRİ-nin rəhbərlərindən biri kimi Moskvaya işləməyə getsə də , qəlbi daim Azərbaycanla döyünür, respublikamıza diqqət və qayğısını bir an belə azaltmırdı.
Məkrli, paxıl və xəyanətkar insanların bəd əməlləri nəticəsində Heydər Əliyevin böyük siyasətdən uzaqlaşması ilə Azərbaycanın faciəli günləri başladı.
Ölkəmizə qarşı “Qarabağ kaptı”ndan istifadəyə start verildi.
Həmin dövrdə Azərbaycana maymaq, qorxaq, təcrübəsiz və səriştəsiz adamların başçılıq etməsi hadisələrin fəlakətlə nəticələnməsinə səbəb oldu.
Azərbaycan ərazilərinin 20 faizini itirdi, 20 min övladı şəhid oldu.
Bütün bunlar azmış kimi dövlətin özünün mövcudluğu belə real təhlükə qarşısında idi.
Azərbaycan keçmişdəki kimi, xırda xalqlara parçalanmaq ərəfəsinə çatdırılmışdı.
Özünün ən doğru tarixi qərarını verən Azərbaycan xalqı üzünü yenidən sınanmış oğlu Heydər Əliyevə tutdu.
Xalqının təhlükəli dövrdəki çağırışına biganə qala bilməyən Ulu Öndərimiz yenidən ölkə rəhbərliyinə qayıtdı.
Tarixən çox qısa müddətdə ölkəni özbaşınalıqdan, xaos və anarxiya burulğanından qurtardı.
Müharibədə atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplanıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhvolmadan qurtarmaqla yanaşı, dövlət müstəqilliyini qoruyub saxladı, əbədiliyə çevirdi, “Əsrin müqaviləsi” yeni neft kontraktını imzalayaraq ölkənin gələcək inkişaf və yüksəlişinin əsasını qoydu.
Lakin amansız ölüm ona Qarabağ torpaqlarını geri qaytarmağa, ərazi bütövlüyünü bərpa etməyə imkan vermədi.
***
Ulu Öndər Heydər Əliyevin itkisi Azərbaycan xalqı və dövləti üçün çox ağır idi.
Tarix həm də göstərmişdi ki, Azərbaycan yalnız müdrik rəhbərinin müəyyən etdiyi yolla getməklə uğura və qələbəyə nail ola bilər.
Ümummilli Liderimizin ən böyük xidmətlərindən biri də siyasi varisini hazırlaması, canından artıq sevdiyi müstəqil Azərbaycanı etibarlı əllərə tapşırması oldu.
Bu münasibətlə 1 oktyabr 2003-cü ildə “Azərbaycan vətəndaşlarına müraciət”ində deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı sevimli rəhbərinin son vəsiyyətinə də əməl etdi.
Həm də bununla Azərbaycanın davamlı və sürətli inkişafının, ərazi bütövlüyünün bərpasının, xalqın xoşbəxt gələcəyinin əsası qoyulmuş oldu.
Xalqımız 2003-cü ildə cənab İlham Əliyevə səs verməklə, onu dövlət başçısı seçməklə Heydər Əliyev siyasi kursunun davamlılığını, yeni qələbələrin qazanılmasını da təmin etdi.
***
Azərbaycan Prezidenti seçilənə qədər cənab İlham Əliyev özünü böyük siyasətdə, diplomatiya sahəsində və idarəetmədə sınamışdı.
“Əsrin müqaviləsi” neft kontraktının hazırlanmasında, orada Azərbaycanın maraqlarının təmin edilməsi üçün zəruri müddəaların salınmasında, çətin və gərgin keçən danışıqlar prosesinin uğurla başa çatmasında böyük zəhməti olmuşdur!
Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə Azərbaycanın AŞ PA-dakı deputat qrupuna başçılıq etmiş, AŞ PA-nın vitse-prezidenti seçilmiş və beləliklə, bu qurumda ölkəmizin milli maraqlarının müdafiəsinin təməlini qoymuşdur.
Həmin dövrdə İlham Əliyevin təklifi ilə AŞ PA-da Qarabağda erməni təcavüzünü, terrorunu, ekoloji fəsadlarını, narkoticarəti, işğal ərazisinin nəzarətsiz zonaya çevrilməsini ifşa və əks etdirən qətnamələr qəbul olunmuşdur.
Cənab İlham Əliyevin ən böyük uğurlarından biri Azərbaycanda gənclər siyasətinə dəyərli töhfələrini verməsi, Milli Olimpiya Komitəsinə rəhbərliyi dövründə ölkədə idmanın yüksəlişinə nail olması, yeni gənclər nəslini tərbiyələndirməsidir.
O gənclər nəslini ki, Qarabağın işğalından sonra dünyaya gəlsələr də, onun azad olunmasında şücaət və qəhrəmanlıqla vuruşdular, lazım gələndə şəhidlik zirvəsinə yüksələrək qələbənin təmin olunmasını canları və qanları ilə təmin etdilər.
Milli Olimpiya Komitəsinə rəhbərliyinin sonrakı dövründə cənab İlham Əliyev Azərbaycan idmanını dünya miqyasına çıxararaq böyük uğurlara imza atmasına, ölkəmizin idman dövləti kimi tanınmasına, beynəlxalq yarışların, dünya və Avropa birinciliklərinin keçirildiyi məkana çevrilməsinə nail oldu.
***
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illəri rahat və asan olmadı.
Azərbaycanda sabitliyi pozmağa, rəngli inqilablar keçirməyə, faktiki rəhbərliyi dəyişməyə, özlərinə sərf edənləri hakimiyyətə gətirməklə təbii sərvətlərimizi ələ keçirməyə çalışanlar az deyildi!
Rəhbərliyinin ilk dövrlərindən cənab İlham Əliyev dövlətə və dövlətçiliyə, milli maraqlara sədaqəti, möhkəm iradəsi və qətiyyətli addımları ilə bütün şər qüvvələrini məharətlə zərərsizləşdirdi.
İlham Əliyevin Azərbaycana rəhbərliyi illəri ölkənin sürətli və davamlı tərəqqisi ilə xarakterizə olunur.
Ötən 18 ildə Azərbaycan öz tarixinin ən qüdrətli dövrünə qədəm qoymuş, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi təmin olunmuş, qeyri-neft sektoru, sahibkarlıq inkişaf etmiş, vətəndaş cəmiyyəti formalaşmış, xalqın sosial rifahı əsaslı şəkildə yüksəlmişdir.
“Əsrin müqaviləsi”nin açdığı yolla inamla irəli gedən cənab İlham Əliyev Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng transmilli layihələrə həyat vəsiqəsi vermiş, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərini işə salmış, Azərbaycanı logistika mərkəzinə çevirmişdir.
Yeni layihələri gerçəkləşdirərkən ölkəmizə yeni dostlar və müttəfiqlər qazandırmış, Avropanın neft və təbii qazla təminatında etibarlı tərəfdaş imicini formalaşdırmışdır.
Prezident İlham Əliyev gördüyü bütün işlərdə bir an da olsun belə işğal altındakı torpaqların azad olunmasını unutmur, bütün iqtisadi, siyasi və diplomatik resursları bu vəzifənin uğurlu həllinə məharətlə yönəldirdi! İlk Prezidentlik dövrünə başladığı gündə -
31 oktyabr 2003-cü ildə andiçmə mərasimində verdiyi vədlərə şərəflə əməl etdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”.
2000-ci illərin əvvəllərində ölkədə vəziyyət bir o qədər də ürəkaçan deyildi. Bir milyondan çox qaçqın və məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, yoxsulluq və işsizlik yüksək səviyyə təşkil edir, yol infrastrukturu köhnə və yararsız vəziyyətə düşmüşdü. Regionlara elektrik enerjisi fasilələrlə verilir, kəndlərin əksəriyyəti qazlaşdırılmamışdı.
Prezident İlham Əliyev bütün istiqamətlərdə - iqtisadiyyatın yüksəldilməsi, siyasət, diplomatiya, beynəlxalq qurum və təşkilatlarla iş, hərbi quruculuq sahəsində dayanmadan, yorulmadan çalışdı, əsaslı dəyişikliklərə nail oldu.
Vəd verdiyi müddətdən də tez bütün çadır şəhərciklərini ləğv etdi, qaçqın və məcburi köçkünləri hər cür infrastrukturu olan müasir şəhərciklərə, dövlət hesabına tikilərək təmir olunmuş evlərə köçürdü.
Azərbaycanın ən ucqar kəndlərinə belə yeni yollar salındı, qaz xətti çəkildi, sutka ərzində fasiləsiz elektrik enerjisinin verilməsi təmin olundu.
Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbulu və uğurlu icrası kəndlərin dirçəlməsinə, kənd təsərrüfatının və sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına mühüm töhfələr verdi.
Sənaye məhəllələrinin və yaşıl parkların salınması, güzəştli kreditlərin və müxtəlif növ məhsul istehsalına görə dövlət tərəfindən subsidiyaların verilməsi, əkinlərin suvarma suyu ilə təmini insanların aqrar sektorda sahibkarlıqla məşğul olmasına, gəlirlərinin artmasına və güzəranlarının yaxşılaşmasına əsaslı dəstək oldu.
Cənab İlham Əliyevin Prezidentliyi dövründə paytaxt Bakı yenidən tikilib quruldu, parklar, yaşıl xiyabanlar salındı, şəhər tanınmaz dərəcədə təzələndi, dəyişdi. Bunu təkcə paytaxtda yaşayanlar yox, əvvəllər Bakıda olaraq, sonradan qonaq gələn əcnəbilər, hətta vətəndən bir müddət uzaqda yaşayıb geri dönən azərbaycanlılar da sevinclə, heyrətlə etiraf edirlər.
Artıq müstəqil Azərbaycanın paytaxtı Bakı dünyanın ən gözəl, ən sabit və təhlükəsiz şəhərlərindən biri, turistlərin sevdiyi və həvəslə gəldiyi məkandır.
Ölkəmizin bütün guşələrində yaşayan vətəndaşlarımız İlham Əliyevin yaratdığı şəraitdən istifadə edərək özlərinə bir-birindən gözəl evlər tikdirmiş, həyat şəraitlərini xeyli yaxşılaşdırmışlar.
Ailələrin böyük əksəriyyəti minik maşınına sahibdir, hətta elə ailələr var ki, hər üzvünün öz avtomobili vardır. Şəxsi rifahın yüksəlməsindən, avtomobil bolluğundan hətta yeni problem yaranmış, paytaxtda avtomobil tıxacları adi hala çevrilmişdir.
Cənab İlham Əliyevin qayğısı sayəsində dövlət hesabına xarici ölkələrdə təhsil alan gənclərimizin sayı ilbəil artır, neft kapitalının insan kapitalına çevrilməsi prosesi uğurla reallaşır.
Dövlət başçısı olaraq İlham Əliyevin ən böyük uğuru, şübhəsiz, Azərbaycanı iqtisadi cəhətdən qüdrətli, yüksək siyasi nüfuza malik dövlətə çevirməsi və Qarabağı düşmən işğalından azad edərək ərazi bütövlüyünün bərpasıdır.
Xalqımız bunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz şücaət və qəhrəmanlığı, yaratdığı əsl möcüzə kimi dəyərləndirir!
İlham Əliyev özü tərbiyələndirib oxutdurduğu əsgər və zabitlər hesabına qüdrətli, döyüşkən, ən çətin tapşırıqların belə öhdəsindən uğurla gələn qüdrətli ordu yaratdı!
Həmin ordunu ən müasir silahlarla silahlandırdı, yeni taktika və strategiya hazırlayaraq hərbi əməliyyatların gedişində məharətlə tətbiq etdi!
Beynəlxalq rəylə işləyərək onu Azərbaycanın xeyrinə köklədikdən sonra hərbi əməliyyatlara qərar verdi.
27 il ərzində sülhə gəlməyən, havadarlarına güvənərək Azərbaycanı yeni müharibə başlayacağı təqdirdə “yeni əraziləri itirəcəyi” ilə hədələyən erməni faşizmini 44 gün ərzində biabırçı məğlubiyyətə uğradaraq ordusunu məhv etdi!
44 gün ərzində təkcə hərb meydanında deyil, diplomatiya sahəsində, informasiya müharibəsində də çarpışaraq istədiyinə nail oldu!
Dövlət başçılarının, beynəlxalq qurum və təşkilat rəhbərlərinin xahiş, çağırış və təzyiq cəhdlərinə baxmayaraq irəli sürdüyü şərtə - düşmənin işğal ərazilərindən çıxarılması ilə bağlı qrafiki təqdim etməyənə, kapitulyasiya aktını imzalamayana qədər hərbi əməliyyatları dayandırmadı!
Hər günü qələbə ilə başa vurdu, hər gün neçə-neçə kənd, qəsəbə və şəhər işğaldan azad olundu!
Düşmən qoşunu Azərbaycan Ordusu qarşısında fərarilər yığnağına çevrildi, qorxaqcasına qaçıb gizləndi!
İlham Əliyev informasiya müharibəsində təkbaşına vuruşaraq otuzdan çox dünya KİV-inə müsahibə verdi, jurnalistlərin bütün suallarını ustalıqla cavablandırdı, feyk xəbərləri ifşa etdi.
Fürsətdən istifadə edərək Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya yaydı, erməni faşizminin əsl simasını açıq göstərdi, Azərbaycanın nəyə qadir olduğunu hünərlə nümayiş etdirdi.
Dünyaya ən müasir müharibə nümunəsi qoydu, bir sıra aparıcı dövlətləri belə Azərbaycan Ordusundan, onun yeni taktika və strategiyasından öyrənməyə, bəhrələnməyə sövq etdi.
Qarabağ zəfəri, düşmənin işğal ərazilərindən qovularaq ərazi bütövlüyünün bərpası, əslində, Azərbaycanın ən çətin, ən ağrılı, ən böyük probleminin möhtəşəm həlli İlham Əliyevin Azərbaycanda Prezidentliyinin ən yüksək zirvəsi və uğurlu yekunu hesab olunur!
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu qələbəsi ilə Azərbaycanı qalib dövlətə, Azərbaycan xalqını qalib xalqa çevirdi, dövlətimizin və xalqımızın nüfuzunu, hörmətini dünya miqyasında qat-qat artırdı.
İndi hamı Azərbaycanı tanıyır, ona ehtiramla yanaşır, qələbəsini təqdir edir!
İlham Əliyev bu qələbəsi ilə ölkəmizin Cənubi Qafqazın ən güclüsü olduğunu təsdiq etməklə yanaşı, regionda yeni konfiqurasiya formalaşdırdı, sülhə, əməkdaşlığa yol açdı!
İlham Əliyevin bu qələbəsi dünyaya da yeni ab-hava gətirdi. İndi əraziləri işğalda olan dövlətlər Azərbaycandan öyrənməklə qətiyyətli addımlar atmaq barədə düşünürlər.
Bəli, İlham Əliyev Azərbaycanı dünyaya nümunə göstərməkdə davam edir!
İlham Əliyevin Azərbaycana 18 illik Prezidentliyi isə bütövlükdə dövlətə, xalqa, vətənə xidmətin ən parlaq nümunəsi sayılır!
Bəxtiyar SADIQOV
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır
19 Mart
Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib
19 Mart
ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın gö...
19 Mart
Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək
19 Mart
“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb
19 Mart
Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib
19 Mart
Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib
19 Mart
Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bay...
19 Mart
Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək
19 Mart
Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!