05:27 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalq yazıçısının virtual muzeyi yaradıldı
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 08.10.2011

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Musiqi dünyası" jurnalının elektron nəşrlər mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan saytda ədibin həyat və yaradıcılığının müxtəlif məqamları öz əksini tapıb.

Təqdimat mərasimini açan teatrın direktoru İsrafil İsrafilov Azərbaycan ictimai fikrində mühüm yer tutan yazıçı İlyas Əfəndiyevin teatr tarixindəki rolundan danışdı. Bildirdi ki, İlyas Əfəndiyev yeganə dramaturqdur ki, sağlığında 19 pyesi səhnə həyatı alıb. Unudulmaz dramaturq bu gün də teatrda yaşayır, əsərləri oynanılır.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, əməkdar incəsənət xadimi, rejissor Cənnət Səlimova İlyas Əfəndiyevin Azərbaycan teatrına gətirdiyi bədii-estetik dəyərlərdən söz açdılar.

"Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədov sayt haqqında geniş məlumat verərək bildirdi ki, 30 saat video, 18 saat audiomaterialların yer aldığı virtual muzeydə İlyas Əfəndiyevin müsahibələri, çıxışları, xatirələri, nəşr olunmuş əsərləri, məqalələri, şəkilləri toplanıb. Azərbaycan dilində fəaliyyət göstərəcək virtual muzeyin daha sonra ingiliscə də versiyası hazırlanacaq.

Təqdimat mərasimində çıxış edən xalq yazıçısı Elçin atasının yaradıcılığına göstərilən diqqət üçün təşəkkürünü bildirərək dedi: "Belə bir təqdimatın Milli Dram Teatrında keçirilməsi məni xüsusilə sevindirir. Çünki İlyas Əfəndiyev üçün bu teatr ikinci ev idi".

Mərasimin sonunda xalq artisti Aygün Bayramova, caz ifaçıları İsfar Sarabski, Şahin Növrəsli, pianoçu Murad Hüseynovun çıxışları dinlənildi.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM