16 Oktyabr 2021 22:16
841
Mədəniyyət
A- A+

Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub

 

Oktyabrın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların kuratorluğu, Ağdam Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon Mədəniyyət Mərkəzi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən mərasimdə Xalq rəssamı Arif Hüseynovun “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərləri nümayiş edilib.

Dram Teatrının qalıqlarının qarşısında keçirilən təqdimat mərasimində çıxış edən Xalq rəssamı Arif Hüseynov təqdim olunan əsərlər barədə məlumat verib. Bildirib ki, onun bu günlərdə tamamladığı “Ağdama ithaf” üçlüyü işğaldan azad olunmuş Qarabağa səfəri ilə bağlı təəssüratının yeni bədii ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” və “Ağdam Cümə məscidində azan səsi” adlanan triptixin başlıca ideyasını xeyir və şər qüvvələrin mübarizəsi, erməni xislətinin ifşası təşkil edir. Triptixin mərkəzi hissəsi Ağdam teatrının acı taleyinə həsr olunub. Teatr binasının üçtağlı fasadının qarşısından səhnəyə uzanan pillələrin ətrafında şər qüvvələrin “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarındakı obrazlara həmləsinə təsirli bədii görkəm verilib.

Triptixin sağ hissəsində Pənahəli xan və döyüşçüləri, eləcə də onun inşa etdirdiyi Şahbulaq qalası təsvir olunub. Sol hissədəki əsərdə də digər iki əsərdə olduğu kimi obrazlı rəmzi ifadələrdən istifadə olunub. İşğaldan azad olunmuş dini məkandan ucalan azan səsinə hay verən rəmzi şəhid əlləri və yüksəlişi hər birimizə qürur bəxş edən məscid minarələri bir araya gətirilməklə Zəfərimizin davamlı olacağına böyük inam duyulur.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və sərginin kuratorları Elnurə və Aygün İsgəndərova bacıları çıxışlarında Ağdam Dram Teatrının qarşısında belə bir tədbirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra tədbirin iştirakçıları rəsm əsərləri ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video