19:40 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xalid Taimur Akram: “Pakistan Qarabağ münaqişəsi başlandığı andan Azərbaycanı dəstəkləyib”

ANA SƏHİFƏ / SİYASƏT
01:44 13.04.2021

 

“Pakistan azad edilmiş ərazilərin bərpasında Azərbaycanı dəstəkləyir və ümid edirik ki, tezliklə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Taimur Akram deyib.

“Pakistan Qarabağ münaqişəsinin başlandığı andan Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının birliyinin şahidi olduq və torpaqların azad olunması ilə bağlı Azərbaycanın sevincini bölüşürük”, - deyə X.T.Akram vurğulayıb.

İcraçı direktor bildirib ki, Azərbaycan ilə Pakistan arasındakı münasibətlər 1991-ci ildən başlayır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən biri olub. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü ilin martında qurulub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM