08:23 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

X, yoxsa Y: hansı uzunömürlüdür?

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:47 07.03.2021

 

Qadınların kişilərdən daha uzunömürlü olması araşdırmalarla təsdiqini tapmış gerçəklikdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hazırda orta insan ömrü 71 yaş təşkil edir (müvafiq olaraq 73 və 68 il). Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir.

2010-cu ildə Amerikada aparılan bir araşdırma 100 yaşını aşanların böyük çoxluğunu qadınların təşkil etdiyini ortaya çıxarıb. Belə ki, ABŞ-da 100 yaşını aşan 53 min 364 şəxsdən 9 min 162-si kişi, 44 min 202-si isə qadın olub.

İtaliyada 2019-cu il yanvarın 1-nə olan vəziyyətə görə, yaşı 100-ü keçən 14456 insanın 84 faizi qadın olub. 2009-2019-cu illər ərzində isə yaşı 110-a çatan və 110-dan yuxarı olan 125 nəfərin 93 faizini qadın təşkil edib.

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun verdiyi məlumata görə, ötən il ölkəmizdə 100 və yuxarı yaşda olan 838 nəfərin cəmi 24-ü kişi, 814 nəfəri isə qadın olub.

Beləliklə uzunömürlülüklə bağlı bütün dünya statistikalarına qadınlar başçılıq edir.

Bəs qadınlar nə üçün kişilərdən çox yaşayırlar? Onlara daha çox həyat bəxş edən  sirli səbəb nədir?

Bu mövzudakı ilk mülahizələrdən biri kişilərin ağır fiziki iş şəraitində çalışmaları ilə bağlı idi. Lakin qadınların da demək olar ki, kişilərlə eyni cür  işlədikləri bir zamanda bu rəqəmlərin bərabərləşməsi baş vermədi. Yenə də qadınların kişilərdən bir neçə il çox yaşadıqları bəlli oldu.

Elm adamları isə yaşlanmada sosial faktorlar və yaşam tərzi ilə yanaşı, burada  genetik quruluşun oynadığı rolu da düşünürlər.

Alimlərin qənaətinə görə, qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir. Bunu “Aging Cell” jurnalında dərc olunan araşdırmanın nəticələri də təsdiqləyir. Qeyd olunur ki, antropoloqlar bütün dünya ölkələrində qadınların orta ömrünün kişilərdən daha yüksək olması tendensiyasını ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib. Ənənəvi olaraq, bu, kişilərin riskə, kökəlməyə, qeyri-sağlam həyat tərzinə, o cümlədən alkoqol, tütün və narkotik vasitələrə meyilli olması ilə əlaqələndirilirdi.

Ancaq Kaliforniya Universitetinin alimi Dena Dubal və onun həmkarları kişi ilə qadın ömrü arasındakı bu fərqin təkcə sosial deyil, eyni zamanda genetik aspektlərinin olduğunu ortaya çıxarıblar.

Tədqiqatçılar uzun müddət DNT-ləri modifikasiya olunmuş dörd qeyri-adi siçan qrupu üzərində müşahidələr aparıb. Alimlər beyin və digər orqanların işində, həmçinin cinsi xromosomların funksiyası və strukturu baxımından kişi və qadınlar arasında bir çox fərqin olduğundan şübhələnib.

Məsələ ondadır ki, Y - kişi xoromosomu, demək olar ki, həyati əhəmiyyətli genlərdən məhrumdur. Bir neçə kritik əhəmiyyətli (məsələn, rüşeymin inkişaf proqramının işə salınması üçün) DNT sahəsini köçürdükdən sonra onları genomdan kənarlaşdırmaq olar.

Qadın - X xromosomu isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir və onların genində yaranan pozuntu adətən fatal sonluqla (ölümlə) nəticələnir. Dubal və onun komandası belə bir nəticəyə gəlib ki, qadınların kişilərlə müqayisədə uzunömürlülüyü məhz X xromosomu ilə əlaqəli ola bilər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM