16 Oktyabr 2021 11:25
969
Mədəniyyət
A- A+

“Vyana Musiqi Cəmiyyəti”ndə ilk dəfə Azərbaycan simfonik əsəri səslənib  

Oktyabrın 15-də Vyanada zəngin klassik musiqi ənənələri ilə tanınan “Vyana Musiqi Cəmiyyəti” Mədəniyyət Evində tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Slovak Radio Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, dünyanın ən məşhur konsert zallarından biri olan “Vyana Musiqi Cəmiyyəti”nin böyük zalında baş tutan konsertin proqramında bəstəkarlar Ludviq van Bethoven, Fikrət Əmirov və Aleksey Şorun simfonik əsərləri yer alıb.

Klassik musiqi sahəsində dünyanın ən tanınmış məkanlarından biri olan “Vyana Musiqi Cəmiyyəti”ndə ilk dəfə olaraq Azərbaycan simfonik əsəri səslənib. Slovak Radio Simfonik Orkestrinin təqdimatında dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” simfonik əsəri dinləyicilərdə böyük maraq doğurub. 1961-ci ildə bəstələnən, Azərbaycan xalq musiqisinin çalarları ilə zəngin, ekzotik və ritmik melodiyaları ilə sonsuz fantaziya və müsbət emosiyalara yol açan əsər sürəkli alqışlarla qarşılanıb.

Konsertdə L. Van Bethovenin fortepiano, violin, violonçello və orkestr üçün “Üçlü konserti” və Aleksey Şorun fortepiano üçün “Səyahət gündəliyi” simfonik əsərləri səsləndirilib, solistlər Miroslav Kultışev (fortepiano), Valentin Şerban (violin), Antonia Straka (violonçello) və Yeonmin Park (fortepiano) virtuoz ifaları ilə diqqəti cəlb ediblər.

Qeyd edək ki, Slovakiyanın ilk peşəkar klassik musiqi ansamblı olan Slovak Radio Simfonik Orkestri 1929-cu ildə yaradılıb. Radio yayımları ilə məşhurlaşan slovak simfoniyaçıları Avropanın tanınmış orkestrləri arasında yer alır, qastrol səfərləri və konsert diskləri ilə beynəlxalq klassik musiqi sahəsində böyük nüfuza malikdir.

Konsertlə əlaqədar hazırlanmış kitabçada qeyd edilib ki, dünyanın nüfuzlu orkestrlərindən birinin Avstriyanın ən tanınmış konsert salonunda Azərbaycan simfonik musiqisini ifa etməsi diqqətəlayiq hadisədir. Bildiririlib ki, bu konsertə dirijorluq edən Yalçın Adıgözəlov Azərbaycanın Qarabağ bölgəsinin ərsəyə gətirdiyi musiqiçi ailəsinin üçüncü nəslinin üzvüdür, o, indiyədək müxtəlif xarici ölkələrdə qastrol səfərlərində olub, bir çox aparıcı simfonik orkestrlərlə əməkdaşlıq edir və tanınmış musiqiçilərlə eyni səhnəni bölüşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video