04:51 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vüsal Qasımlı: Ələt Azad İqtisadi Zonası “qravitasiya mərkəzi” ola bilər

ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:36 08.07.2021

Prezident İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası “qravitasiya mərkəzi” ola bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərini AZƏRTAC-a şərh edərək bildirib ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun rəqabət qabiliyyətli istehsalı təmin etməkdir.

Onun sözlərinə görə, Azad İqtisadi Zonalar (AİZ) beynəlxalq təcrübədə Birbaşa Xarici İnvestisiya (BXİ) qoyuluşunu artırmaq, yeni innovativ biznes praktikasını və texnologiya imkanlarını öyrənmək, qlobal ticarət zəncirinə qoşulmaq, ümumilikdə, iqtisadi canlanmanı təşviq etmək üçün ölkələr tərəfindən yaradılan xüsusi zonalardır: “Hazırda dünyada altı minə qədər xüsusi zona fəaliyyət göstərir. Uğur hekayələrində tələbdən əvvəl təklifin yaradılması və sonradan həmin tələbin formalaşdırılması praktikası mövcuddur. Azərbaycan da uğur hekayələrinə uyğun olaraq məhz Ələt Azad İqtisadi Zonasında tələbin yaradılmasından (in advance of demand) öncə infrastruktur və əlverişli rejimi təklif edir. Dubayda yerləşən “Cəbəl Ali” və Çində yerləşən “Siçuan” Azad İqtisadi Zonası tələbdən öncə təklifin yaranmasını göstərən uğurlu Azad İqtisadi Zonalara nümunədir”.

Nəqliyyat-logistika və dəyər zəncirlərinin kəsişməsində yerləşməsi Ələt Azad İqtisadi Zonasının perspektivlərini gücləndirir

V.Qasımlı bildirib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub iqtisadi əlaqələrində “qravitasiya mərkəzi” kimi formalaşmasında mühüm rol oynaya bilər: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, həmçinin mühüm hava, avtomobil və nəqliyyat yollarının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası multi-modal və inter-modal nəqliyyat-logistika imkanlarına malikdir. Ələt AİZ-in yeni yaranmış və Azərbaycanın ən inkişaf etmiş iqtisadi rayonu – Bakı iqtisadi rayonuna daxil olması onun əhəmiyyətini artırır. Cənub Şərqi Asiya və Avropa İttifaqı kimi Avrasiyanın əsas iqtisadi güc mərkəzlərini, habelə Rusiya, İran və Türkiyə kimi regional mərkəzləri birləşdirən nəqliyyat-logistika və dəyər zəncirlərinin kəsişməsində yerləşməsi AİZ-in perspektivlərini gücləndirir”.

Ələt Azad İqtisadi Zonası investorlara fürsətlər yaradır

Ələt AİZ-in investorlar üçün kifayət qədər fürsətlər yaratdığını diqqətə çatdıran V.Qasımlı əlavə edib ki, inkişaf etmiş ölkələrin investorları Ələtdə biznes qurub Yaxın Şərq, Qafqaz, Orta Asiya, İran və Türkiyə bazarlarına rahat çıxış əldə etmək imkanlarına sahibdirlər. Beləliklə, Ələt AİZ böyük şirkətlər üçün emalatxanaya çevrilə bilər. Eyni zamanda, Orta Asiyanın xammal və yarımfabrikatlarının Avropa və digər bazarlara çıxarılarkən Ələt AİZ-də emal dərinliyini artırması imkanları da nəzərdən keçirilməlidir. İnvestorların maraqlarını cəlb edəcək əsas məqamlardan biri də ondan ibarətdir ki, ticarət müharibələri fonunda Azərbaycan heç bir iqtisadi blokda olmayaraq öz neytrallığını və iqtisadi müstəqilliyini qoruyur. Bir-biriləri ilə rəqabətdə olan Avropa, Çin, ABŞ, Rusiya, Yaponiya və digər ölkələr Ələt Azad İqtisadi Zonasının əlverişli mühitindən və neytral mövqeyindən faydalana bilərlər. Bunun nəticəsi olaraq isə Azərbaycan bu iqtisadi neytrallığı tərəfdaşları ilə birlikdə üstünlüyə çevirə bilər.

Azad İqtisadi Zonası vergi, gömrük, maliyyə, sığorta, arbitraj və digər məsələləri dünya təcrübəsi əsasında həll edəcək

Azərbaycan xarici ölkələrlə bağladığı 51 ikiqat vergitutma müqaviləsi və 47 ikitərəfli investisiya müqaviləsi, habelə uğurla həyata keçirilən hasilatın pay bölgüsü sazişləri ilə investisiya cəlbediciliyini artırır. Azərbaycan Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında 1958-ci il Nyu-York Konvensiyasına qoşulub. Azərbaycan Dövlətlər və Digər Dövlətlərin Vətəndaşları arasındakı İnvestisiya Mübahisələrinin Həllinə dair 1965-ci il tarixli Vaşinqton Konvensiyasını qəbul edib. Ölkəmiz, həmçinin Xarici Ticarət Arbitrajına dair 1961-ci il Avropa Konvensiyasına qoşulub. Bütün bunlardan savayı, Ələt AİZ özü müstəqil şəkildə vergi, gömrük, maliyyə, sığorta, arbitraj və digər məsələləri qabaqcıl dünya təcrübəsi əsasında həll edəcək.

Mərkəzinin icraçı direktoru bildirib ki, Azərbaycana bu günədək yatırılan 270 milyard ABŞ dollarından çox sərməyənin yarısı xarici mənbələrdən olub, amma ciddi neqativ hal baş verməyib. Bu da öz növbəsində, Ələt Azad İqtisadi Zonasının rezidentləri olacaq investorlar üçün yaxşı bir “narrativ” (hekayə) deməkdir. Həmçinin müvafiq qanunvericiliyə əsasən Ələt AİZ-də yaradılacaq arbitraj mərkəzi mübahisələrin həll edilməsində rol oynayacaq. Ələt AİZ-də olacaq investorların vergi, gömrük və digər tariflərdən azad olması ilə yanaşı, hüquqlarının ən üst səviyyədə qorunması onlara inam hissi aşılayacaq. Belə ki, inam iqtisadiyyatda çox vacib amildir.

Ələt Azad İqtisadi Zonasının iştirakçıları ixracyönümlü, beynəlxalq ticarət fəaliyyəti göstərən, innovativ texnologiyalardan istifadə edən bizneslər olacaq

“Ələt AİZ-də iştirakçıları şərti olaraq üç investor qrupuna ayırmaq olar. AİZ-də yüksək əlavə dəyər yaradan, ixracyönümlü istehsala və xidmətə sahib olan, beynəlxalq ticarət fəaliyyəti göstərən, innovativ texnologiyalardan və idarəetmə bacarıqlarından istifadə edən bizneslər əsas iştirakçı investorlar olaraq dəyərləndirilir. Bundan başqa, köməkçi iştirakçı qismində çıxış edəcək daxili bazara fokuslanan xidmət provayderləri müəyyən edilmiş ərazidə yerləşdiriləcək və əsas iştirakçılara kommersiya, pərakəndə satış və yaşayış yeri üzrə xidmətlər göstərəcək. Son olaraq, tədarük və xidmət həyata keçirən müştərilər “əsas iqtisadiyyat” ərazisindən AİZ-dəki əsas investorların sifarişlərini yerinə yetirəcəklər. Bu səbəbdəndir ki, Ələt AİZ-in planlaması insanların və məhsulların rahat şəkildə hərəkətinə imkan yaradacaq və ən son ağıllı texnologiyaların istifadəsi ilə insanların və məhsulların gömrükdən girişinə və çıxışına nəzarət edəcək”, - deyə V.Qasımlı vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM