15 Iyul 2021 12:20
1063
İQTİSADİYYAT
A- A+

Vüsal Qasımlı: Azərbaycan Transsərhəd kağızsız ticarətə hazırlıq üzrə regionda liderdir

Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsi açıqlanıb. Azərbaycan Transsərhəd kağızsız ticarətə hazırlıq üzrə regionda liderdir.

Bu barədə AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, UNESCAP-ın Azərbaycan üzrə milli koordinatoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycan 2019-cu illə müqayisədə 5 faiz artım nümayiş etdirərək ümumilikdə 86.02 faizlə həm qonşu ölkələr (Rusiya 84.95, Gürcüstan 82.8, İran 77.42, Ermənistan 62.37, Türkiyə 86.02), həm də MDB ölkələri ilə müqayisədə birinci yerdə qərarlaşıb. Onu da qeyd etmək lazımdır ki, bütün dünya üzrə ortalama göstərici 64.95 faiz, inkişaf etmiş ölkələr üzrə isə 81.86 faizdir.

Sorğunun alt indikatorları üzrə nəticələr:

• Şəffaflıq – 100 faiz;

• Rəsmi qaydalar - 91,67 faiz;

• İnstitusional tənzimləmə və əməkdaşlıq - 88,89 faiz;

• Kağızsız ticarət - 85.19 faiz;

• Sərhədlərarası kağızsız ticarət - 66,67 faiz.

BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən qiymətləndirilən bu göstəricilər üzrə 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7 faiz, sərhədlərarası kağızsız ticarət indikatoru üzrə isə 33 faiz artıma nail olunub.

Ümumilikdə, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin də dayanıqlı olduğunu xüsusilə qeyd etmək lazımdır.

Ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 2021-ci il fevralın 20-dən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması qlobal müstəvidə də ölkənin bu sahədə mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video