03:48 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Volfqanq Sobotka: Avstriya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki tərəfdə böyük potensial var
ANA SƏHİFƏ / PARLAMENT
13:48 22.10.2021

 

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Avstriya Respublikası parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin və bu səfərlər zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan Avstriya ilə ikitərəfli əlaqələrin inkişafında, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsində maraqlıdır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanla Avstriya parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.

Görüşdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsindəyik. Bir il öncə Ermənistanın 30 illik işğalına öz gücü hesabına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edib. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yeni reallıqlar yaranıb.

Milli Məclisin sədri bildirib ki, münaqişə artıq tarixə qovuşub. Hazırda Azərbaycan gələcəyə hədəflənmiş layihələr icra edir, işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Sahibə Qafarova xatırladıb ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Söhbət zamanı Avstriya parlamenti Milli Şurasının sədri Volfqanq Sobotka iki ölkə arasında parlamentlərarası əlaqələri daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. O, Azərbaycanın regiondakı iri beynəlxalq enerji və infrastruktur layihələrin həyata keçirilməsindəki aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı qismində çıxış etməsi barədə danışıb. Diqqətə çatdırıb ki, ticarət əlaqələrinin və investisiya yatırımlarının artırılması üçün hər iki tərəfdə böyük potensial var.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM