09:23 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
01:40 13.04.2021

70 zirvəsi


01:34 13.04.2021

Banansız dünya


01:32 13.04.2021

BİLDİRİŞ


01:32 13.04.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətənin şərəfini ucaldan xanım

ANA SƏHİFƏ / SİYASƏT
01:11 07.03.2021

 

Cəmiyyət həyatının bütün sahələrində qadınların üzərinə daima məsuliyyət və böyük öhdəliklər düşür. Cismən zərif və incə, həssas, daxilən səbatlı, mübariz olan qadınlar bu vəzifələri həmişə ləyaqətlə yerinə yetirmişlər.

Bəşəriyyətin inkişafının ayrı-ayrı dönəmlərində qadınlar irqindən, dilindən, dinindən, iqtisadi durumundan asılı olmayaraq, aparıcı qüvvəyə malik olmuşlar. Şərq qadını da bütün dövrlərdə ağlı, dönməzliyi, cəsarəti, mədəniyyəti ilə seçilib, o üzdən qərbli həmcinslərinin marağı və heyranlığı ilə qarşılanıb. Azərbaycan qadını da bu baxımdan istisna deyil.

Qadınlarımız tarixən çətin, dolanbac inkişaf yolu keçmişlər. Tarixi palitra görün nə qədər zəngindir! Qalın cildlərə sığmayan ulu tariximizi vərəqləsək görərik ki, cəmiyyətin bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər həm dövlət quruculuğunda, həm də idarəetmədə fəallıq göstərmişlər. Hələ 1901-ci ildə bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb məhz Bakıda yaradılıb. Böyük mesenat, xeyriyyəçilik əməlləri ilə xalqının həyatında silinməz izlər qoyan Hacı Zeynalabdin Tağıyev yaxşı bilirdi ki, millətinin tərəqqisi, düşdüyü zülmət və zillətdən nicat tapması üçün, ilk növbədə, mədəniyyət, mətbuat və maarif ziyası lazımdır. Beləliklə, həmin işıq bu azman xeyriyyəçinin Bakıda min bir əzab-əziyyətlə açdırdığı, müsəlman Şərqində ilk dünyəvi Qızlar məktəbindən şəfəq saçıb.

ISESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva videoformatda çıxış edərkən bu dünyəvi Qızlar məktəbini yaradan yurdun təmsilçisi olduğunu diqqətə çatdırmış, həmin təhsil ocağının o dövrdə Azərbaycan qadınının, gənc qızların savadlanmasında, təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Mehriban xanım bir əsr öncə  dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və müsəlman dünyasında ilk demokratik respublikanı yaratmaqla tanınan ölkədən olduğunu, Azərbaycanın hələ 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri kimi tarixə düşdüyünü fəxarətlə dilə gətirmişdir.

Ölkəmizdə qadın siyasətinin formalaşdırılması zəngin tariximizin ən yaddaqalan səhifələrindəndir. Müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi doğrudan da, mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Bununla da nəinki Şərqdə, hətta bir sıra Avropa ölkələrindən və demokratiyanın beşiyi sayılan ABŞ-dan illər öncə, ölkəmizin qadınlarına cəmiyyətdə gedən siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Azərbaycanda qadın siyasətinin dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətidir. Ümummilli Lider qurduğu və daim irəli apardığı dövlət siyasətində qadın hüquqlarının müdafiəsinə, milli qadın hərəkatının formalaşmasına önəm verirdi. Qadın hərəkatının institutlaşdırılması da Heydər Əliyevin ölkəmizə əvəzsiz töhfələrindəndir.

Çağdaş günümüzdə Azərbaycan qadınının nəcabətini, gözəlliyini, zəkasını ölkəmizin birinci xanımı Mehriban Əliyevanın simasında görür və dəyərləndirirlər. Yüksək dünyagörüşünə, intellektual və mədəni səviyyəsinə, daxili dünyasının zənginliyinə görə fərqlənən Mehriban xanımı məhz siyasi çevikliyi, qarşıdakı hədəfləri həyata keçirmək məharəti, praqmatikliyi qadınlarımızın nüfuzlu lideri kimi həyatın önünə çıxarıb. Mehriban Əliyeva şəxsiyyətindən söz açanda, ilk növbədə, onun doğma xalqına, Vətəninə dərin sevgisi və ehtiramı göz önünə gəlir. Azərbaycanın ictimai-siyasi həyatında önəmli yer tutan, vətənimizin beynəlxalq arenada nüfuzunun artmasında böyük səylər göstərən Mehriban xanım Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.

Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində Azərbaycan qadın hərəkatının öncülü kimi, ölkəmizin iqtisadi və siyasi inkişafı naminə qadınlarımızın özünü təsdiq etməsi və cəmiyyətin bütün sahələrində fəal iştirakına imkanlar yaradılması üçün böyük səylər göstərir. Humanizm və xeyirxahlıq simvolu olan Mehriban Əliyeva adıçəkilən çıxışında bu mühüm videotoplantıya dəvətinin Azərbaycan qadınlarının təhsil və elmdə iştirakının səviyyəsi ilə bağlı siyasətin yüksək qiymətləndirilməsinin təzahürü hesab etdiyini, ISESCO tərəfindən 2021-ci ilin “Qadınlar ili” elan edilməsi çərçivəsində dünyanın müxtəlif yerlərində zərif cinsin nümayəndələrinin elmdə iştirakına dair silsilə tədbirlərin keçirilməsinin rəğbətlə qarşılandığını vurğulamışdır.

Elm və təhsilin, bəşəriyyətin, ümumən gənc nəslin sosial-mədəni inkişafındakı yeri və əhəmiyyəti bütün dünyaya bəllidir. Gələcək perspektivlər və inkişaf planlarını qabaqcadan verməklə elm cəmiyyətin həyatında son dərəcə  mühüm rol oynayır. Məlumdur ki, dünyada uzun əsrlər boyu elm və təhsili kişilər təmsil edib və qadınların bu sahələrdə təmsilçiliyi cüzi olub. Sovet dövrünə qədər ölkəmizdə də belə olmuşdur. Sonrakı illərdə elm və təhsildə gender disbalansının aradan qaldırılması yönündə böyük irəliləyiş əldə edilmiş, təhsil prosesində hər iki cinsin mütləq iştirakı üçün imkanlar yaradılmışdır. Təhsilin inkişafı elmin inkişafı ilə sıx əlaqəlidir və təbii ki, elmin yüksək səviyyəsini təmin edir. Fərdin mükəmməl təhsil alması onun gələcək elmi fəaliyyətini şərtləndirir. Qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilmişdir. Elmdə gender bərabərliyi beynəlxalq inkişaf məqsədlərinə nail olmaq üçün böyük əhəmiyyətə malikdir.

Mədəniyyətin, səhiyyənin və idmanın inkişafına böyük qayğı göstərən ölkəmizin birinci xanımı təhsil və elmin təşviqinin, bu istiqamətdə qlobal layihələrin gerçəkləşdirilməsinin də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq, Azərbaycan qadınlarının ictimai həyatda fəal olduqlarını, müasir dövrdə ötən illərə nisbətən elmi fəaliyyətlə məşğul olan qadınların sayının getdikcə artdığını nəzərə çatdırmışdır. Bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini, tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən yüksəkdir. Müstəqil Azərbaycan qadınları parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə və digər sahələrdə kişilərlə bərabər rəhbər vəzifələrdə təmsil olunurlar.

Bununla yanaşı qeyd edilmişdir ki, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Lakin bu gün ən vacib məsələ kimi qızların və gənc xanımların elmdə iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının və elm sahəsində gender boşluğunun aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır.

Qlobal səviyyədə təhsil sahəsindəki mövcud boşluğun aradan qaldırılması, bu sferada gender bərabərliyinin təmin edilməsi də həlli vacib problemlərdəndir. Gənc qızların təhsili və universitetlərdə tələbə elmi cəmiyyətlərinin fəaliyyətinə, daha sonra elmi tədqiqatlara cəlb edilməsi, qadınların inklüziv və keyfiyyətli təhsillə təmin edilməsi, onların elm sahəsində mövqe qazanmasına təkan verilməsi mühüm məsələlərdir.

Bütün dünyada cəmiyyətin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan elm, texnologiya və innovasiyaların daha geniş vüsət tapması, qadınlar və qızların sabahın əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmlərinin yaradılması da qlobal çağırışlardandır. Ölkəmizdə qadın sahibkarlığının inkişafına dövlət qayğısı, Prezident İlham Əliyevin bu sahənin tərəqqisi ilə bağlı tövsiyələri, imzaladığı sənədlər, uğurla gerçəkləşdirilən dövlət proqramları və islahatlar günümüzün reallığıdır. Regionlarda qadın sahibkarlığının inkişaf istiqamətlərinin daha da genişləndirilməsi, sahəvi fəaliyyətin daha miqyaslı, qlobal fəaliyyətlə əvəz olunması, rəqabətə davamlılığın artırılması, biznes mühitinin yaxşılaşdırılması, istehsal yönümlü ixtisaslaşmış sahələrin yaradılması, ən başlıcası isə, gender bərabərliyinə əməl olunması, müvafiq strategiyalar, innovativ layihələr, fikrimizcə, məqsədəuyğundur və çağdaş günümüzün vacib məsələləridir.

Bütün dünyanın koronavirus təhlükəsi ilə üzləşdiyi, bu amansız xəstəliyin çox sayda insanın həyatına son qoyduğu bir dövrdə gərgin şəraitdə çalışan, hətta bəzən həyatını itirən tibb işçilərinin əməyi göz önündədir. COVID-19-la mübarizənin ön cəbhəsində dayanan, ölümlə çarpışan, test üsullarının təkmilləşdirilməsində, vaksinlərin hazırlanmasında həlledici rol oynayan tədqiqatçı qadın alimlər, həkimlər və orta ixtisas tibb işçilərinin səyləri həqiqətən dərin hörmətə layiqdir.

Azərbaycan xalqı 44 gün çəkmiş Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin bizə yaşatdığı fərəh hissinin hələ də təsiri altındadır. Nəhəng Qələbəni bizə bəxş etməklə tarix yazmış Müzəffər Ali Baş Komandan

İlham Əliyevə, rəşadətli əsgər və zabitlərə minnətdarlığımız tükənməzdir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın müdrik Prezidentin hər an yanında olmasından, onunla çiyin-çiyinə xalqımızın haqq işinə, o cümlədən işğaldan azad edilmiş Qarabağ torpaqlarında quruculuq işlərinə dəstəyindən qürur duyuruq. Qələbə çalmaq naminə döyüşmüş, heç vaxt unudulmayacaq insanların - qazilərin, Vətən uğrunda canından keçmiş şəhidlərin ailə üzvlərini, şəhid analarını, bacılarını, dul qalmış gəlinləri, atasını itirmiş məktəbli qızları 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində də sayğı ilə xatırlayırıq. Onların gələcək həyatının təmin edilməsi, təhsilə, məşğulluğa, əməyə cəlb edilməsi yönündə görülən işlər, atılan addımlar təqdirəlayiq və ürəkaçandır.

 

Zemfira MƏHƏRRƏMLİ,

Əməkdar jurnalist



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM