23 Iyul 2021 15:39
814
CƏMİYYƏT
A- A+

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməllərinə dair 68 cinayət işi üzrə istintaq aparılıb

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 68 cinayət işi üzrə ibtidai istintaq aparılıb. Həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirədə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq tədbirlərinin davam etdirildiyi vurğulanıb. Toplanmış sübutlarla təqsiri müəyyənləşdirilmiş şəxslərin beynəlxalq və ölkədaxili mexanizmlərdən istifadə edilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri tədbirlərin icrasının davam etdirildiyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video