03:40 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaqif Poeziya Günləri ömrümüzə qızıl hərflərlə yazıldı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:11 05.09.2021

 

Şuşa şəhəri, 29-31 avqust Vaqif Poeziya Günləri artıq təqvimin yeni səhifələrilə əvəz olundu, yaddaşlara köçdü. Səsimiz, sözümüz, ədəbiyyatımız  dünyada görünməmiş 44 günlük istiqlal döyüşlərinin tarixi anlarını yaşadı, vətəndaşlıq vəzifəsini bir daha nümayiş etdirdi.

Şuşa qədim Azərbaycan şəhəridir. Dağlar qoynunda taleyi, tarixi olan şəhərdir. O havanın, o suyun, o sirli-sehirli təbiətin yetişdirdiyi şəxsiyyətlər də əvəzsizdir. Millətin mənəvi sərvəti, torpağın zənginliyidir.

Mən taleyimə, həyatın özünə minnətdaram ki, yaşayıb bu tarixi günləri, xalqımın qəhrəmanlığının, ordumuzun yenilməzliyinin şahidi oldum. Şuşaya gedən bu dağ yolu, bu “Zəfər yolu” yaşamağa, yaratmağa çağırışdır! Unudulmaz Ulu Öndərin 1982-ci il yanvarın 14-də, o qarlı, şaxtalı gündə indiki bu Vaqif abidəsi önündə şairlərə, incəsənət xadimlərinə bir-bir söz verməsi, onların həyəcanlı vətənpərvər çıxışları indiki kimi yadımdadır. Biz elə bilirdik ki, göydən çiçək yağır, çünki əhvali-ruhiyyəmiz çox yüksək idi. Qarabağda qar yağırdı - Qarabağda ağ gecəydi. Hamı bir-birini görür, sevincini paylaşırdı.

Ulu Öndər belə tarixi tədbirlə millətin özünü də özünə tanıdır, tarixdə yeri olan, misilsiz yaradıcılıq ənənəsi ilə fərqlənən bir xalq olduğunu, bu danılmaz həqiqəti dünya xalqlarına da elan edir, onları da belə görüşlərə dəvət edirdi.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışındakı tarixi çıxışında xatırladı ki, o vaxt Ulu Öndərin 59 yaşı var idi. Məlum oldu ki, mənfur düşmənlərimizin uçurub dağıtdığı Vaqifin abidəsini yenidən eyni şəkildə bərpa etdirən Ali Baş Komandanın da yaşı 59-dur! Abidənin önündə, atası Heydər Əliyevin dayandığı yerdə qürurla dayanıb poeziya iştirakçılarına müraciət edirdi.    

O vaxt İlham Əliyevin 20-21 yaşı olardı. Mərhum anası Zərifə xanım da oradaydı... O vaxt heç ağlımıza da gəlməzdi ki, dünya dəyişəcək, bizim gözümüzün qabağında böyüyüb ərsəyə çatan bu gənc yeganə ağır problemimizin həlli üçün 44 günlük İstiqlal müharibəsinə başlayacaq.

Sən demə, işğal edilmiş torpaqlarımızın ağır taleyi, yüz minlərlə qaçqının, köçkünün dözülməz mənəvi sıxıntıları onun yuxusuz keçirdiyi gecələrdə səbirlə, təmkinlə, siyasi dünyagörüşlə ölçülüb-biçilirmiş.

Nə Beynəlxalq Millətlər Təşkilatının işğal edilmiş torpaqlarımızın qeyd-şərtsiz azad olunması barədə qərarlarından, nə ATƏT-in Minsk qrupu deyilən hiyləgər gəliş-gedişlərindən yaramıza bir məlhəm olmadı.

Cənab Ali Baş Komandan öz xalqına arxalandı, ona inandı, güclü ordusunu yaratdı, fəxrlə “Bir millət, iki dövlət” dediyimiz türk qardaşlarımızla məsləhətləşdi. Türkiyə Respublikasının Prezidenti, dostu və qardaşı Rəcəb Tayyib Ərdoğan da Ulu Öndərin fikirlərini təsdiq etdi. “Türkiyə və Azərbaycan keçmişi bir, gələcəyi bir, dili bir, dini bir iki qardaş dövlətdir” dedi. Biz yaradıcı ziyalılar bu unudulmaz günlərin canlı şahidləriyik.

Vaqif Poeziya Günləri hər birimizin tərcümeyi-halına qızıl xətlərlə yazıldı.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır! Ən müasir üslübda tikilmiş mehmanxanalar, mədəniyyət ocaqları, məscidlər, inzibati mərkəzlər, beynəlxalq tədbirlər və s. Şuşanın bəzəyi olacaq.

Şuşadan şuşalıları, qəhrəman xalqımızı, onun şərəfini qoruyan ordumuzu, şəhid ailələrimizi alqışladım, əziz qazilərimizə cansağlığı, gümrahlıq dilədim...

Deyiləsi, yazılası sözümüz çoxdur!

Cənab Ali Baş Komandana, əziz Mehriban xanıma vətənimizin sabahı naminə cansağlığı, səadət arzulayıram. Yaşayın, Sizin haqqınız var!

“Qarabağ - Azərbaycandır!”

Qarabağnaməm - İlhamdır!

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM