16 Oktyabr 2021 20:31
1119
SİYASƏT
A- A+

Valeriy Kolyux: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini görmək çox xoşdur

 

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini görmək çox xoşdur. Azərbaycan dövləti münaqişənin aktual olduğu bütün mərhələlərdə onun danışıqlar yolu ilə həllini prioritet seçdiyini dünyaya nümayiş etdirib. Bununla bərabər, münaqişənin hərbi yolla həlli məsələsini də özünün müstəsna hüququ olduğunu vurğulayıb. Dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipi Ukrayna üçün olduqca həssas mövzudur. Beynəlxalq hüququn normalarını rəhbər tutan beynəlxalq təşkilatlar və dövlətlər daim Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyıb. Bu, Ukrayna dövlətinin də xarici siyasətində dəyişməz mövqe kimi yer tutub.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Valeriy Kolyux deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunması sayəsində Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini bildirən Valeriy Kolyux qeyd edib ki, 30 illik işğaldan sonra buna nail olmaq xalqın və onun rəhbərinin birgə iradəsinin nəticəsidir.

Azərbaycana səfər müddətində Ukrayna nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə olacağını deyən Kolyux deyib ki, məqsəd bu torpaqlarda törədilən dağıntıların və aparılan quruculuq-bərpa işləri ilə tanış olmaqdır. Bütün dünya kimi, Ukrayna da işğaldan azad edilmiş ərazilərdə aparılan işləri maraqla izləməkdədir.

Ukrayna parlamentinin Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri Vladimir Kreydenko bu səfərin ölkələrimiz arasında iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi, indiyədək qurulmuş əməkdaşlığın inkişafına kömək edəcəyinə töhfə verəcəyinə əminliyini bildirib. Paytaxtımızla bağlı fikirlərini bölüşən Kreydenko deyib: “Paytaxt Bakı qonaqpərvərliyi ilə bərabər, gözəlliyi ilə də bizi heyrətləndirdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video