04:22 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Üzvi polimer əsaslı günəş batareyası rekord nəticə göstərib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:02 23.02.2012

 

Üzvi polimer əsaslı günəş batareyalarının - fotoelektrik dəyişdiricilərinin kütləvi istehsalına keçmək üçün onların silisiumlulardan bir neçə dəfə ucuz başa gəlməsi şərtdir. Digər tərəfdən fiziklər üzvi polimer dəyişdiricilərinin faydalı iş əmsalını  yüksəltməklə onları rəqabətə girə biləcək hala gətirməyə çalışırlar.

Kaliforniya Universitetinin (ABŞ) alimləri ayrı-ayrı qatları işıq spektrinin  müxtəlif  sahələrini mənimsəyən tandemli (hissələri bir xətt üzər düzülmüş) polimer günəş batareyası qurublar. Eksperimental özəyin faydalı iş əmsalı 10,6 faiz  olub. Alınan nəticə analoji sistemlər vasitəsilə əldə edilmiş ən yüksək göstəricidir. Belə batareyaların qurulmasında vacib məqamdan biri də istifadə edilən müxtəlif inqrediyentlərin  bir-birinə maneə törətmədən uğurla bir araya gətirilməsindən ibarətdir. Amerikalılar qurduqları bu çoxqatlı fotoelektrik dəyişdiricisinə yaponların hazırladığı polimeri  əlavə etməklə faydalı iş əmsalını 8,62-dən  10,6 faizə qaldıra biliblər. Bu ənənəvi sistemlərlə rəqabətə yetməsə də, mütəxəssislər mənimsənilən prinsip əsasında əmsalı  15 faizə qaldıra biləcəklərinə əmindirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM