01 Aprel 2019 13:22
1127
CƏMİYYƏT
A- A+

Üzüm tənəyindən axan damcılar


Yaz vaxtı üzüm tənəklərinin budanılması mövsümi aqrotexniki tədbirdir. Adətən budanmış budaqların içindan və kəsik yerlərdən damçılar axır.

Həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, həmin damcıların tərkibində olan vitamin, mineral və fermentlərdən müxtəlif məqsədlərlə istifadə edilir: "Üzüm tənəyi kəsildikdən sonra axan damcıları bir qaba toplanılaraq soyuducuda saxlanır və toplanılmış sudan yarım stəkan səhər acqarına içilməsi böyrək və öd daşlarını əridir. Hər gün həmin suyun 30-40 qramı ilə saç diblərini isladılması saçların gurlaşmasına, qaşınma və kəpəklənmənin aradan qalxmasına, saç tökülmənin dayanmasına səbəb olur.

2 xörək qaşığı təzə üzüm yarpaqları və ya zoğları toplanaraq 1 stəkan suda 20 dəqiqə dəmlənilərək süzülür, gündə bir dəfə saçlar yaxalanır”.

Onun dediyinə görə, tənəkdən axan suyun gözə damcıladılması göz qaşınması, acışma və qızartını aradan qaldırır: "Bundan başqa təzə üzüm yarpaqlarının yığılaraq əzilmiş formada oynaq üzərinə qoyulub bağlanılması ağrıları götürür, oynaq duzlaşmasına faydalı təsir göstərir.

Yetişməmiş üzüm meyvəsi - abqora yığılır, onun şirəçəkəndən keçirilərək şüşə butulkalara yığılması şəkər xəstələri üçün çox faydalıdır. Yeməkdən yarım saat əvvəl həmin şirədən 1 xörək qaşığının 1 stəkan suya qarışdırılıb içilməsi şəkərin səviyyəsinin yüksəlməsinin qarşısını alır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video