18 Yanvar 2012 01:01
420
İQTİSADİYYAT
A- A+

Üzü torpağa doğru

 

Torpağın oyanmasına hələ xeyli vaxt qalsa da, əsl zəhmət adamı indidən görəcəyi işləri bir daha götür-qoy edir, ötən mövsümlə bağlı müqayisələr aparmağa çalışır. Düşünür ki, bu il bütün tədbirlərini vaxtında görsə, işgüzarlığı bir az da artırsa, daha bol və keyfiyyətli məhsul götürər. Düzdür, hərdən havaların əlverişsizliyi torpaq adamının planlarını pozur, əlavə çətinliklər yaradır, ortaya həlli müşkül məsələlər də çıxır. Belə məqamlarda isə dövlət öz dəstəyini əsirgəmir, mövcud çətinliyi aradan qaldırmaq üçün nə lazımsa, kömək edir. Ancaq  bütün hallarda torpağa bağlanmaq, onun nazını çəkmək, zəhmətin barının sevincini yaşamaq olduqca xoş, bənzərsiz bir duyğudur.

Qoşqar Qarayev də belə düşünən torpaq adamlarındandır. Bir zamanlar, bəzi cavanlar kimi, qürbət şəhərlərinin parıltılı işıqları onu da çəkib aparıb. Lakin Qoşqar tezliklə vətənə, torpağa dönüb - doğulub boya-başa çatdığı Qobustan rayonunun Sündü kəndinə qayıdıb. Torpaqdan ikilli yapışaraq əkinçiliklə, maldarlıqla məşğul olub. Ordu sıralarında hərbi xidmət dövrü, texnikumda tələbəlik illəri, ən nəhayət, indiki İqtisad Universitetini müvəffəqiyyətlə başa vurmasıEQoşqarın torpağa, zəhmətə, əkin-biçinə olan bağlılığını kölgədə qoya bilməyib.

Qoşqar Qarayev Qobustanda işgüzarlığı və səmimiyyəti ilə tanınan insanlardandır. Ötən ilin yayında Prezident İlham Əliyevin Qobustana səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qoşqar da iştirak etmiş, Qobustan sakinləri adından dövlət başçısını salamlamaq ona nəsib olmuşdu. Ömrünün ən unudulmaz məqamları kimi yadda saxladığı həmin görüşdən indi də qürur və həyəcanla danışır.

Qoşqar Qarayev 2000-ci ildən fermer təsərrüfatı ilə məşğuldur. Buğda toxumçuluğunun inkişafına xüsusi diqqət yetirir. Ötən il 5 ton elit buğda, 8 ton arpa toxumu istehsal edib. Düşünür ki, yüksək məhsuldarlıq torpağa həvəslə xidmət etməklə yanaşı, elit toxum səpini ilə də bağlıdır. Elə buna görə də əksər hallarda Qobustan Bölgə Təcrübə Stansiyasından yüksək, reproduksiyalı toxum almağa üstünlük verir.

Q.Qarayev dövlət tərəfindən sahibkarlara verilən kreditin həcminin artırılmasını və vaxtının uzadılmasını yüksək qiymətləndirir. Hesab edir ki, bu amil işin daha səmərəli təşkili üçün çox əhəmiyyətlidir. Öz təsərrüfatlarında 35 nəfərlə çiyin-çiyinə çalışan Q.Qarayev üzümçülüklə məşğul olmağı perspektiv planlarından sayır. Qeyd edir ki, bunun üçün rayonda hər cür şərait mövcuddur.

Bəli, yeni ilin ilk günləri arxada qaldıqca üzü yaza doğru boylanan ümidlər bir az da boy atır, torpaq adamını əkin-səpinə, barlı-bərəkətli çöllərin nazını çəkməyə, bir sözlə, torpağa həyat verməyə səsləyir.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video