04 Sentyabr 2021 00:25
609
İDMAN
A- A+

Üzgüçümüzün 3-cü, komandamızın 12-ci qızıl medalı

 

Azərbaycan paralimpiyaçıları Tokioda idman tariximizə yeni səhifələr yazmaqda davam edirlər

 

Planetin ən güclü paralimpiyaçılarının yarışdığı “Tokio-2020”də gərgin idman mübarizəsinin yekunlaşmasına az qalır. Sevindirici haldır ki, paralimpiyaçılarımız bu möhtəşəm yarışları uğurla başa vurur.

Yarışların növbəti günü də komandamız medalsız qalmadı və növbəti qızılla Azərbaycan atletlərinin hesabındakı medal sayı 17-yə çatdı. Onlardan 12-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Xatırladaq ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olmuşlar. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri isə qızıl medal sahibidir. Onun uğurunu Elvin Astanov nüvəatma yarışında təkrarlamışdır. Səid Nəcəfzadə uzunluğa tullanmada, Pərvin Məmmədov pauerliftinqdə fəxri kürsünün üçüncü pilləsinə qalxmışlar. Ölkəmizin hesabına gümüş medalı isə qadınların 100 metr məsafəyə qaçışında Lamiyə Vəliyeva yazdırıb.

Paralimpiadada üzgüçülərimizin çıxışlarını da xüsusi vurğulamaq lazımdır.  Sonuncu yarış gününə kimi bu idman növündə Raman Saleh (iki dəfə) və Vəli İsrafilov Paralimpiya çempionu adını qazanmışdır.

Dünən isə Raman Saleh üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə etmişdir. Təmsilçimiz 100 metr məsafəni batterflyay üsulu ilə 57,81 saniyəyə üzərək birinci olmuşdur. Xatırladaq ki, bunadək R.Saleh brass və sərbəst üsulla 100 metr məsafəni üzməkdə iki dəfə paralimpiya çempionu adını qazanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video