15:06 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Üzgüçülərimiz də ümidləri doğrultmadılar

ANA SƏHİFƏ / İDMAN
00:36 25.07.2021

 

Üzgüçülük üzrə yarışlarda idmançılarımızdan ilk olaraq mübarizəyə Maksim Şemberev qoşulub.

O, 400 m məsafəyə kompleks üsulla üzmədə start xəttinə çıxıb. 8 üzgüçünün yarışdığı ikinci qrupun təsnifat mərhələsi təmsilçimiz üçün uğursuz alınıb. Şemberev çıxışını sonuncu yerdə bitirib. O, bu məsafəni 4:19.40 dəqiqəyə üzüb.

Maksimin ardınca Məryəm Şeyxəlizadəxangah uğursuzluqla üzləşib. Qadınlar arasında 100 m məsafəyə batterflyay üsulu ilə üzmədə mübarizə aparan idmançı I təsnifat qrupunu ilk sırada bitirsə (1:01,37), yekunda finala yüksələ bilməyib. Şeyxəlizadəxangah 33 idmançı arasında 30-cu olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM