03 Sentyabr 2011 06:09
531
SİYASƏT
A- A+

Uzaq Kanadada Azərbaycan haqqında

 

Avqust ayında Kanadanın Ontario əyalətinin mərkəz şəhəri olan Torontoda bu ölkənin dövlət orqanlarının dəstəyi ilə Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat Toplantısı keçirilmişdir.

Beş gün davam edən toplantılarda Kanada  rəsmiləri ilə yanaşı, ABŞ-ın rəsmi nümayəndələri də iştirak edirdilər. Gündəlikdə əsasən vəkillik institutunun inkişafı, hüquq siyasəti, insan hüquqları, hüquq təhsilinin akkreditasiya təmini, ödənişsiz hüquqi xidmət, davamlı hüquq təlimi proqramı və digər hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin müzakirəsinə geniş yer ayrılmışdı.

Amerika Vəkillər Assosiasiyası 400 min nəfərdən artıq üzvü olan və könüllülük prinsipi əsasında yaradılmış birlikdir. Buna görə də tədbirə Kanada və Amerika vəkilləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunmuşdular. Almaniya, Çin, Böyük Britaniya, Fransa, Cənubi Koreya, İtaliya, Argentina, Makedoniya, Braziliya, İspaniya, Çexiya, Xorvatiya, İran və digər ölkələr Vəkillər Birliklərinin prezidentləri ilə təmsil olunmuşdular. Azərbaycan Vəkillər Kollegiyasını tədbirdə  respublikanın tanınmış vəkillərindən biri, Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvü Muxtar Mustafayev təmsil edirdi. Toplantıda həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsinin üçüncü kurs tələbəsi, Avropa Tələbə Hüquq Birliyinin Azərbaycan üzrə baş katibi Türkan Mustafayeva da iştirak etmişdir. Nümayəndələrimiz Amerika Vəkillər Birliyinin hazırkı  Prezidenti Stefan N.Zak tərəfindən fəxri qonaq kimi qarşılanmışlar.

Müxbirimizlə söhbətində M.Mustafayev bildirmişdir ki, görüşlərdə Azərbaycanda vəkillik institutunun təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, beynəlxalq təcrübədən istifadə, davamlı hüquq təhsilinin effektivliyi barədə söhbətlər getmiş, Dağlıq Qarabağ problemi, işğal olunmuş ərazilərin beynəlxalq hüququn tələblərinə zidd olaraq boşaldılmaması, BMT-nin bu barədə dörd qətnaməsinin hələ də icra edilməməsinə dair prinsipial müzakirələr aparılmışdır.

Azərbaycanlı nümayəndələr Amerika Vəkillər Birliyinin prezidenti Stefan N.Zak,  ABŞ-ın tanınmış hüquqşünasları Con Hardinq və Maykl H.Byovits, Almaniya Vəkillər Birliyinin prezidenti Volfqanq Ever, Çexiya Vəkillər Birliyinin prezidenti Martin Vishopen, Braziliya Vəkillər Kollegiyasının nümayəndəsi Volter Ştuber, Makedoniya Vəkillər Birliyinin prezidenti Nenad Yanikeviç, Bakıda təhsil almış Vyetnam Vəkillər Birliyinin prezidenti Phan Quoç Anh, Argentina Vəkillər Birliyinin sədri Marselo E.Bumbao, John Marşall Hüquq Universitetinin professoru Vilyam B.T.Mok və başqaları ilə faydalı görüşlər keçirmişlər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video