25 Iyun 2021 01:39
526
DÜNYA
A- A+

ÜST uşaq və yeniyetmələrin koronavirusa qarşı peyvəndlənməsinə icazə verib

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlara koronavirus əleyhinə peyvənd vurulmasına icazə vermişdir. Təşkilat bir neçə gün əvvəl bəyan etmişdi ki, peyvəndlərin uşaqlar üçün təhlükəsizliyinə dair kifayət qədər məlumat olmadığından yetkinlik yaşına çatmayanları peyvəndləməyə dəyməz.

ÜST-ün yenilənmiş tövsiyələrindən aydın olur ki, uşaqlar və yeniyetmələr başqa səbəblərdən risk altında deyillərsə, onları yaşlılara, xroniki xəstəliyi olanlara və tibb işçilərinə nisbətən təcili olmasa da, peyvəndləmək lazımdır.

Eyni zamanda ÜST yüksək risk qrupundan olan 12-15 yaşlı uşaqlar üçün Pfizer və BionTech şirkətləri tərəfindən hazırlanmış peyvənddən istifadə etməyin mümkünlüyünü qəbul edir. Təşkilat ÜST ekspertlərinin Strateji Məsləhət Qrupunun Pfizer peyvəndinin 12 yaşdan yuxarı yeniyetmələrə uyğun olması qənaətinə istinad edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video