02 Sentyabr 2021 18:22
799
CƏMİYYƏT
A- A+

ÜST-nin Berlində açılan mərkəzi dünyanı pandemiyalardan qorumağa yardım edəcək  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Berlində açılan yeni Operativ-Analitik Məlumat Mərkəzi gələcək pandemiyaları daha səmərəli şəkildə proqnozlaşdırmağa və bəşəriyyəti onlardan qorumağa imkan verəcək. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu fikri yeni mərkəzin açılışımda ÜST-nin Baş direktoru doktor Tedros Qebreyesus və Almaniya kansleri Angela Merkel deyiblər.

"Dünya pandemiyaya çevrilə biləcək yeni epidemiyaları aşkarlamağı və nəzarət tədbirlərini real vaxtda izləməyi, yəni epidemiya və ya pandemiya risklərinin idarə edilməsi üçün təsirli sistem yaratmağı öyrənməlidir", - deyə ÜST-nin rəhbəri bildirib.

Yeni mərkəz pandemiya və epidemiyalar haqqında məlumatın toplanması üçün qlobal platforma olacaq və dünyada ən böyük informasiya şəbəkəsinə çıxışı təmin edəcək. Bu, ictimai sağlamlıq təhdidlərinin izlənilməsində və onlara hazırlaşmaqda istifadə ediləcək məlumatların emalında yenilikləri stimullaşdırmağa imkan verəcək. Ən əsası, mərkəz sayəsində qlobal səviyyədə təcrübə mübadiləsi aparmaq və mövcud bilikləri genişləndirmək mümkün olacaq.

"Epidemiyalara və pandemiyalara hazırlıq üzrə bütün işlər bu və ya digər xəstəliyin yayılmasından əvvəl aparılmalıdır", - deyə doktor Tedros Qebreyesus vurğulayıb. "Məlumatların ötürülməsi və təhlili, xəstəliklərin erkən mərhələlərində, onlar yayılmadan, ölüm halları çoxalmadan və cəmiyyəti məhv etmədən təhdidlərin aşkar edilməsi və qiymətləndirilməsi qabiliyyətinin artırılması, ÜST-nin yeni mərkəzinin diqqət mərkəzində olacaq".

ÜST rəhbəri bu vacib təşəbbüsü dəstəklədiyinə görə Almaniyaya və onun kanslerinə minnətdarlığını bildirib. AFR ilkin olaraq 100 milyon dollar məbləğində ödəniş edib. Mərkəz hələ ki, Berlində Şarite Tibb Universitetinin ərazisində yerləşib, lakin tezliklə şəhərin mərkəzinə öz binasına köçəcək. Ona Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin hazırkı Baş direktoru doktor Çikve Tekveazu rəhbərlik edəcək.

Berlin habı, Mark Rayanın rəhbərlik etdiyi ÜST-nin Fövqəladə Hallar Proqramının tərkib hissəsi olacaq.

"COVID-19 göstərdi ki, uzun illər ərzində edilən investisiyalara baxmayaraq, planetin bütün sakinlərini təhdid edən epidemiya təhlükəsinin proqnozlaşdırılması, aşkar edilməsi, qiymətləndirilməsi və cavablandırılmasında böyük boşluqlar var", - deyə doktor Mark Rayan qeyd edib. "ÜST-nin Operativ-Analitik Məlumat Mərkəzi, məlumata çıxışı təmin etmək, analitik vasitələrlə təchiz etmək və bu boşluqları dolduracaq, əməkdaşlığı və məlumat mübadiləsini təşviq edəcək və gələcəkdə dünyanı oxşar böhranlardan qoruyacaq cəmiyyətlərdə təcrübəli ekspertləri bir araya gətirmək məqsədi daşıyır".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video