18 Avqust 2021 12:55
632
DÜNYA
A- A+

ÜST: koronavirusun təhlükəli ştamları coğrafiyasını genişləndirib

 

Son həftə ərzində koronovirusun yüksək yoluxuculuq qabiliyyətinə malik “alfa”, “beta”, “qamma” və “delta” ştammları yayılma coğrafiyasını genişləndirib.

AZƏRTAC KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Qurumun məlumatına görə, əsasən də “delta” ştammının yayıldığı ölkələrin sayı həftə ərzində 142-dən 148-ə yüksəlib.

Ekspertlər “alfa”, “beta”, “qamma” və “delta” ştammlarını “narahatlıq doğuran variantlar” qrupuna daxil ediblər.

ÜST-nin bülleteninə əsasən, ilk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkarlanan “alfa” ştammı hazırda 190 ölkədə (öncəki həftə ilə müqayisədə beş ölkə çox) dövr edir. Ötən ilin avqustunda Cənubi Afrika Respublikasında qeydə alınan “beta” ştammı 138 ölkədə (öncəki həftəyə nisbətən iki ölkə çox), bu ilin sentyabrında Braziliyada meydana gələn “qamma” ştammı 82 ölkədə (öncəki həftə ilə müqayisədə bir ölkə çox) müəyyən edilib. 2020-ci ilin oktyabr ayında Hindistanda ortaya çıxan “delta” ştammı isə həftə ərzində öz coğrafiyasını daha altı ölkə genişləndirib.

Təşkilatın məlumatına görə, avqustun 9-dan 15-dək dünyada yoluxma halları öncəki yeddi günlə müqayisədə 4 faiz artsa da, ölüm hallarının miqdarında ciddi dəyişiklik qeydə alınmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video