11 Oktyabr 2021 22:04
1036
Səhiyyə
A- A+

ÜST: COVID-19-la mübarizədə bəşəriyyət yolun təxminən 60 faizinin keçib

 

Bəşəriyyət tezliklə COVID-19 ilə mübarizədə yolun 60 faizini keçəcək, amma qarşıda hələ də gözlənilməz maneələrlə qarşılaşa bilərik, ona görə də pandemiyanın bitəcəyi müddəti proqnozlaşdırmaq hələ tezdir. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan İsveçrənin “SonntagsBlick” qəzetinə verdiyi müsahibəsində bildirib.

"Pandemiyanı marafonla müqayisə etdikdə" bəşəriyyətin hazırda harada olduğu barədə suala cavab verərkən, o deyib: "Ümid edirəm ki, tezliklə marşrutun 60 faizini keçəcəyik. Lakin növbəti gözlənilməz maneəni aşmaq məcburiyyətində qalmağımız da istisna deyil. Tezliklə son xətti keçəcəyimizi söyləmək tez olardı, bu belə deyil. Qarşıda çox müəmmalı məsələlərlə üzləşə bilərik və onların arasında SARS-CoV-2 koronavirusunun yeni variantlarının gözlənilmədən peyda olunması da mümkündür”, - deyə bildirib.

Baş elmi işçi bununla əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində və bölgələrində əhalinin COVID-19 əleyhinə vaksinasiya ilə əhatə edilməsindəki əhəmiyyətli fərqə diqqət çəkib. Bəzi dövlətlərdə əhalinin 70-80 faizi peyvənd olunub, Afrikada isə vaksinasiya səviyyəsi 4 faizə də çatmır. "Bu vəziyyətlə nə qədər çox barışsaq, koronavirusun yeni variantlarının əmələ gəlməsi riski bir o qədər yüksək olacaq", - deyə o sözünü yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video