03:02 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜST: COVID-19-a yoluxma hallarının dünyada bir həftə ərzində 7 faiz azalıb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:32 14.10.2021

Son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə həyatını itirib. Yeni yoluxma hallarının sayı yeddi gündə 7 faiz, ölüm halları isə 10 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenində deyilir.

Təşkilatın təqdim etdiyi statistik məlumatlara görə, yeddi gün ərzində 2 885 011 yoluxma halı və 46 789 ölüm halı qeydə alınıb.

Yoluxma səviyyəsində bir həftə ərzində xüsusilə əhəmiyyətli azalma Afrikada (32 faiz) və Qərbi-Sakit Okean regionunda (26 faiz) qeydə alınıb. Avropa yoluxma hallarının sayının artdığı yeganə bölgədir (7 faiz). Ölüm halları da yalnız Avropada (11 faiz) artıb. Bir həftə ərzində yoluxanların ən çox sayı barədə təşkilata Birləşmiş Ştatlar tərəfindən bildirilib (653 837). Ondan sonra Böyük Britaniya (249 699), Türkiyə (205 266), Rusiya (188 829) və Hindistan (139 572) yer alıblar.

ÜST tərəfindən "narahatlıq doğuran variantlar" kateqoriyasına aid edilən koronavirusun "alfa", "beta", "qamma" və "delta" ştamları, bir həftə ərzində ümumilikdə yayılmasını genişləndirməyib. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən “alfa” ştamı indi 195 ölkə və ərazidə mövcuddur. Ötən ilin avqust ayında Cənubi Afrika Respublikasında aşkar edilən “beta” variantı 145 dövlətdə dövr edir. 2020-ci ilin sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştamı 99 ölkədə mövcuddur. “Delta” variantının mövcudluğu barədə məlumatlar 191 ölkədən daxil olub. Bu ştam Hindistanda aşkar ediləndən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlumdur.

ÜST-nin oktyabrın 13-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 238 521 855 yoluxma halı və 4 863 818 ölüm halı qeydə alınıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM