17 Mart 2021 14:20
1774
Səhiyyə
A- A+

Uşaqlarda vitamin çatışmazlığı

 

Vitaminlər üzvi birləşmələr olub, canlıların qidasının zəruri hissəsini təşkil edir. Son vaxtlar 50-yə qədər vitamin aşkar edilib. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və avitaminoz baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş qidada həmin vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Belə problemlərə yaz-yay aylarında daha çox təsadüf edilir.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı, tibb üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova AZƏRTAC-a deyib: “Uşaqlarda rast gəlinən yuxusuzluq, aqressiya, passivlik və halsızlıq halları vitamin çatışmazlığının əlamətləridir. Uşaqlarda vitamin çatışmazlığı əlamətləri tez-tez ağlağanlıq və qıcıqlanma ilə özünü büruzə verir. Uşaq əvvəlki kimi uzun müddət oynaya bilmir, tez yorulur. Məktəbli uşaqlarda isə fikir dağınıqlığı və xroniki yorğunluqdan dərsə davamiyyət azalır. Uşaq əvvəlkindən daha çox yatır, yuxudan çətin oyanır, gəzintiyə və dostlarla görüşə getməkdən imtina edir”.

Həkim-pediatr onu da bildirib ki, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarətində lazımlı tədbirlərin alınması lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video