10:41 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Uşaqlar və müharibə» mövzusunda respublika rəsm sərgisi keçirilmişdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 23.02.2012

 

Fevralın 22-də "Gülüstan" sarayında Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar "Uşaqlar və müharibə" mövzusunda respublika rəsm sərgisi keçirilmişdir.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun və Təhsil  Nazirliyinin birgə təşkil etdiyi sərgiyə 1200-dən artıq rəsm işi təqdim olunmuşdur.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ictimaiyyəti və ziyalıların iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirmişlər.

Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi bir neçə mərhələdə keçirilmişdir. Sərginin məqsədi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirməkdir.

Nazir demişdir ki, Xocalı qətliamı hər il bütün təhsil müəssisələrində qeyd olunur və yüz minlərlə məktəbli bu tədbirlərdə iştirak edir.

Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq, respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunmuş 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil edilmişdir. Sərginin respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumi təhsil məktəbləri və peşə liseylərinin şagirdlərinin çəkdikləri 1200-dən çox rəsm işi təqdim olunmuşdur. Bu göstərici son illər nazirliyin keçirdiyi sərgilərə təqdim olunmuş rəsmlərin ümumi sayından bir neçə dəfə artıqdır.

Sərginin respublika mərhələsində qalib adına layiq görülən 100 rəsm işi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fevralın 27-28-də Moskvada Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçiriləcək sərgidə nümayiş etdiriləcəkdir.

M.Mərdanov bildirmişdir ki, rəsm sərgisi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilmişdir. Bu uşaqlar faciədən sonra doğulsalar da, onların təxəyyülündə Xocalı ilə bağlı geniş məlumatlar vardır.

Xocalı faciəsinin dəhşətlərindən söz açan təhsil naziri qeyd etmişdir ki, bu qətliam XX əsrin ən dəhşətli hadisələrindən biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın  25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən Xocalıda misli görünməmiş, xüsusi amansızlıqla törədilmiş faciə nəticəsində 613  dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca işgəncələrlə öldürülmüşdür. 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 uşaq, qadın və qoca girov götürülərək ağlasığmaz zülmə məruz qalmışdır. Bu qətliam zamanı səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir.

M.Mərdanov xüsusi  vurğulamışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Məhz ulu öndərin səyi nəticəsində Milli Məclisin 1994-cü il fevralın 24-də keçirilmiş iclasında "Xocalı soyqırımı (genosidi) günü" haqqında qərar qəbul edilmişdir.

Təhsil naziri işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində  beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarını alacaqlarına əminliyini bildirmişdir.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tədbirdə çıxış edərək, bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Xocalı faciəsinin iyirminci ildönümü təkcə ölkəmizdə deyil, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri və diasporu tərəfindən hər yerdə qeyd olunacaqdır. Sərgidə Xocalı məktəblilərinin də rəsmlərinin nümayiş olunduğu diqqətə çatdırılmışdır.

Milli Məclisin deputatı Bəxtiyar Əliyev  bu il də Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində mühüm işlərin görüldüyünü bildirmişdir. O, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində lazımi addımlar atıldığını, bir çox ölkələrdə  faciənin ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.

Bəşəriyyətə qara ləkə olan faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğu, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi   vurğulanmışdır.  

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM