20 Dekabr 2011 01:12
381
Mədəniyyət
A- A+

Uşaq xalq çalğı alətləri orkestri dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir

 

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaq xalq çalğı alətləri orkestrinin konserti olmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi konsert Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr edilmişdir.

AzərTAc xəbər verir ki, Bakı, Sumqayıt şəhər, Abşeron rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin çıxış etdiyi orkestrin bədii rəhbəri və dirijoru, xalq artisti Ağaverdi Paşayev olmuşdur. Konsertdə solistlər və paytaxtdakı Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi iştirak etmişdir.

Solistlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səslənmişdir.

Uşaq xalq çalğı alətləri orkestrinin, beynəlxalq müsabiqələr laureatı Yasin Həsənovun (vokal), Rafiq Fərəcovun (tar) və başqalarının çıxışları alqışlarla qarşılanmışdır.

Naxçıvan, Gəncə, Şəki, Lənkəranda da uşaq xalq çalğı alətləri orkestrlərinin iştirakı ilə konsertlər keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video