09:28 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Uşaq vaxtı düzgün qidalanmamaq gələcəkdə çox ciddi xəstəliklərə səbəb olur
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:11 07.09.2021

 

Balanslı, ekoloji cəhətdən təmiz və faydalı qidalanma olmadan uşağın düzgün inkişafı mümkün deyil. Mütəxəssislər uşaq vaxtı düzgün qidalanmamağın gələcəkdə çox ciddi xəstəliklərə səbəb olduğunu söyləyirlər. Vitamin, antioksidant və mikroelementlərin çatışmadığı, karbohidrat və yağların çox olması, bol ədviyyat və zərərli əlavələr uşağın inkişafına mənfi təsir göstərir.

Qida mütəxəssisləri uşağın orqanizmi üçün ən təhlükəli məhsulların siyahısını tərtib ediblər. Bu barədə AZƏRTAC-a məlumat verən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib: “Yağlar, karbohidratlar, kansoregenlər, rəng və dadvericilərlə zəngin olan çipsilər insult və infarkt riskini artırır. Çipsilər, həmçinin damar xəstəlikləri, anemiya, hipertoniya, həzmin pozulması, qastrit və hətta xərçəngə səbəb ola bilər. Tərkibində aspartam və natrium benzoat olan şirin qazlı içkilər dad reseptorlarının həssaslığını dəyişməklə yanaşı, idarəolunmaz qəzəb, əsəb, depressiya və ya təlaşa səbəb ola, çox miqdarda qəbul edildikdə isə qida zəhərlənməsi və ürək problemlərinə aparıb çıxara bilər. Şaurma, fri kartofu və fastfudlar heç də uşaq yeməyi deyil. Kolbasa, sosiska və s. kimi hazır ət məhsullarının tərkibində olan fenol maddəsi yüksək toksiki xüsusiyyətlərə malikdir. Uşaq orqanizmi üçün digər bir zərərli qida marqarindir. Onun hazırlanması prosesində duru yağların emal olunması zamanı kimyəvi reaksiyalar nəticəsində ziyanı hamıya məlum olan transpiylər əmələ gəlir. Transpiylər isə uşaq üçün yalnız təmiz halında deyil, həm də qastronomik təamlar - pirojna, tort, qat-qat xəmir və kremlərin tərkibində də təhlükəlidir”.

Həkim-pediatr uşaq orqanizmi üçün zərərli olan digər qida məhsullarını da göstərib: “Tərkibində natrium qlütamat olan qidalar, şokolad batonlar, qəhvə və energetik içkilər, saqqız, rəngli jele və marmelad, mayonez və ketçupun da tərkibində ziyanlı maddələr çoxdur. Valideynlər öz övladlarını mümkün qədər həmin qidalardan uzaq tutmağa çalışmalıdırlar”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM