00:15 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Universitetlər reytinqində Kaliforniya Texnologiya İnstitutu birinciliyə yüksəlib
ANA SƏHİFƏ / TƏHSIL
06:10 08.10.2011

 

Dünyada məşhur, 375 illik tarixə malik Harvard Universiteti reytinq sıralamasında səkkiz illik fasiləsiz liderlik mövqeyini itirib. Bu cədvəli Britaniyadakı "Times Higher Education" təşkilatı eyni adlı qəzet redaksiyası ilə birlikdə ənənəvi olaraq hər il tərtib edir. Dəyərləndirmə "Thomson Reuters" agentliyinin təqdim etdiyi məlumat bazası əsasında aparılır. Dünyanın ali təhsil müəssisələri reytinqi cədvəlində birinci qrafanı  bu il Kaliforniya Texnologiya İnstitutu tutub.  İkinci pilləyə enən Harvard Universiteti bu yeri Kaliforniyadakı digər təhsil ocağı - Stenford Universiteti ilə bölüşməli olub.

Qeyd edək ki, cari ildə də dünyanın 200 ən yaxşı ali məktəbi siyahısında ABŞ universitet və institutları üstünlük təşkil edib. 200 qrafadan 75 mövqeni amerikalılar tutub. ABŞ-ı hər biri 12 ali məktəblə Hollandiya və Almaniya "təqib" edir. Kanada 9, Avstraliya 7 universitetlə təmsil olunublar. Siyahıda İsveç, Danimarka, Finlandiya, Belçika, İrlandiya, İsrail, Yaponiya, Çin, Tayvan, Sinqapur, CAR, Braziliya və digər ölkələrin ali təhsil müəssisələri yer alıb. Qardaş Türkiyənin nüfuzlu 2 təhsil ocağı ötən il TOP-200 siyahısına düşsə də, bu il bir qədər geriləyib. Bilkənd Universiteti eyni xalla 201-ci yeri 24 müəssisə ilə bölüşüb. İstanbul Texniki Universiteti və Ankara Orta Asiya Texniki Universiteti Lomonosov adına Moskva Dövlət Universiteti də daxil olmaqla digər təhsil müəssisələri ilə birlikdə 276-300-cü yerlərdə qərarlaşıb. İstanbulun Boğaziçi Universiteti bərabər reytinq göstəricisi ilə 301-350-cilər arasında olsa da, Amerika və Avropanın tanınmış bir çox universitetini qabaqlaya bilib.

Dünyanın nüfuzlu ali təhsil müəssisələri sıralamasında Türkiyədən başqa islam ölkələrindən təkcə Misirin bir universiteti təmsil olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM