28 Oktyabr 2011 01:10
372
Mədəniyyət
A- A+

UNESCO və Azərbaycan arasında Haitinin mədəniyyət sektorunun bərpa edilməsi üzrə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır

 

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, oktyabrın 27-də təşkilatın Baş Konfransının 36-cı sessiyası çərçivəsində UNESCO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədi ilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. Sazişə əsasən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf ediləcəkdir. Layihənin icrasına cari ilin dekabrında başlamaq və altı aya sona çatdırmaq nəzərdə tutulur.

Sazişi UNESCO tərəfindən qurumun  baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans Dorvil, Azərbaycan tərəfindən isə UNESCO yanında daimi nümayəndə, səfir Eleonora Hüseynova imzalamışlar.

İmzalanma mərasimində Haitinin mədəniyyət naziri, Milli Məclisin deputatı B.Əliyev, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi G.Əfəndiyeva, UNESCO-nun aidiyyəti bölmələrinin nümayəndələri, Haiti və Azərbaycanın daimi nümayəndəliklərinin təmsilçiləri və mətbuat nümayəndələri iştirak etmişlər. 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video