18:23 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

UNESCO-nun sessiyasında Qoşulmama Hərəkatının qurum yanındakı qrupunun bəyanatı təqdim olunub
ANA SƏHİFƏ / SİYASƏT
12:54 13.10.2021

 

Qoşulmama Hərəkatı (QH) yarandığı gündən Bandunq prinsiplərinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır. Beynəlxalq sistemin bu gün üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, qurumun suveren dövlətlərə qarşı Birtərəfli Məcburi Tədbirlərin tətbiqini qınayır. Qoşulmama Hərəkatı dövlətlərin suverenliyinə, ərazi birliyinə və bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, xarici işğal altında olan xalqların öz müqəddəratını təyin etmək hüququna riayət etməklə çoxtərəfli münasibətlər naminə müstəmləkə hakimiyyəti, zorakılığın qarşısının alınması, zorakılığın qarşısının alınmasının təşviqi kimi beynəlxalq hüquq, eləcə də BMT Nizamnaməsində təsbit olunan beynəlxalq münasibətlər prinsiplərinin gücləndirilməsini müdafiə etməkdə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNESCO-nun İcra Şurasının 212-ci sessiyası çərçivəsində Azərbaycanın qurumdakı daimi nümayəndəsi səfir Elman Abdullayevin ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun adından təqdim etdiyi bəyanatda yer alıb.

E.Abdullayev bildirib ki, Qoşulmama Hərəkatının Sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də COVID-19 pandemiyası ilə əlaqədar təşkil edilmiş BMT Baş Assambleyasının Xüsusi Sessiyası da daxil olmaqla, Hərəkat qlobal miqyaslı mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış etdiyi çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Qoşulmama Hərəkatı UNESCO-nun fəaliyyət sahələrində COVID-19 pandemiyasının mənfi təsirlərini aradan qaldırmaq səylərini alqışlayır.

Hərəkata üzv dövlətlər və digər maraqlı tərəflər təhlükəsiz, keyfiyyətli, səmərəli, təsirli, əlçatan və əlverişli COVID-19 peyvəndlərinin ədalətli, şəffaf, bərabər, səmərəli, universal və vaxtında əldə edilməsini və paylanmasını və beynəlxalq əməkdaşlığı təmin etmək üçün müvafiq tədbirlər görməyə çağırır. Qoşulmama Hərəkatı məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün UNESCO və Qlobal Təhsil Koalisiyası tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirir. Təşkilat hökumətləri bütün şagirdləri məktəbə qaytarmağa və müəllimləri öyrənmə itkilərini həll etməyə, rəqəmsal texnologiyanın tədrisə tətbiqinə hazırlamağa kömək göstərmək üçün "Missiya: Təhsilin bərpası 2021" çərçivəsində UNESCO-nun qüvvələri birləşdirməsini yüksək qiymətləndirir.

Qoşulmama Hərəkatının üzv dövlətləri Dayanıqlı İnkişaf Məqsədlərinin keyfiyyətli təhsil üzrə 4-cü bəndi və davamlı inkişaf üçün dinc və əhatəli cəmiyyətlərin təşviqinə dair 16-cı bəndi, xüsusilə də zorakılığın qarşısının alınması, cinayətkarlıq və terrorizmə qarşı mübarizə üzrə milli təsisatların möhkəmləndirilməsinə dair 16A bəndinə uyğun gələn UNESCO-nun təhsil vasitəsilə Şiddətli Ekstremizmin qarşısının alınması istiqamətindəki səylərini alqışlayır.

Qoşulmama Hərəkatı insan hüquqlarının və əsas azadlıqların ciddi şəkildə pozulmasını təşkil edən, bərabər imkanlara mane olan hər cür irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya, birtərəfli məcburiyyət tədbirləri və hər cür dözümsüzlüyü qınadığını bir daha təsdiqləyir.

Vurğulanıb ki, Hərəkat 1954-cü il Haaqa Konvensiyasının və protokollarının prinsiplərinə uyğun olaraq, üzv dövlətlərin ərazilərində yerləşən bütün mədəni mülkiyyətin qorunması və silahlı münaqişə vəziyyətində mədəni sərvətlərin işğal olunmuş ərazilərdən çıxarılmasının qarşısını almaq öhdəliyini bir daha təkrarlayır.

Qoşulmama Hərəkatına üzv dövlətlər Mədəni sərvətlərin qorunmasına dair 1970-ci il Konvensiyasının BMT-nin üzv dövlətləri tərəfindən mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun tranzitinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında Konvensiyanın müddəalarının yerinə yetirilməməsi problemi ilə əlaqədar ciddi narahatlığını ifadə edir, UNESCO-nun Katibliyini 1970-ci il UNESCO Konvensiyasına və BMT Təhlükəsizlik Şurasının 2199 (2015), 2347 (2017) saylı qətnamələri və Baş Assambleyasının 73/130 saylı qətnaməsinə uyğun olaraq, dövlətlərin milli irsi və kimliyinə qarşı qanunsuz cinayətləri sərt pisləmək üçün onların səsinə qoşulmağa çağırır.

Həmçinin Qoşulmama Hərəkatı UNESCO-nun qeyri-maddi mədəni irsin qorunmasına dair beynəlxalq ictimaiyyətə mühüm töhfəsi olan “Qeyri -maddi mədəni irsin qorunması” haqqındakı Konvensiyasına, eləcə də dövlətlərin nəsildən-nəslə ötürülən, sülhün, tolerantlığın, birgə yaşayışın, insan hüquqlarına hörmətin, xalqların kimliyinin və mədəni müxtəlifliyinin təşviqi vasitəsi kimi mədəni təzahürlərinin etibarlılığını təmin etməyə sadiqliyini bildirir.

Qoşulmama Hərəkatı Ümumdünya Mədəni Müxtəliflik Bəyannaməsi, Fəaliyyət Planı və “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi” çərçivəsində beynəlxalq ictimaiyyətə böyük töhfə olan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyasının əhəmiyyətini bir daha təsdiqləyir.

Təşkilat UNESCO-nu Afrika və Gender Bərabərliyi mövzusunda qlobal prioritetlərini davam etdirməyə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə üstünlük verməyə çağırır.

Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti İsrailə UNESCO konvensiyaları da daxil olmaqla, beynəlxalq qanunlar çərçivəsində öhdəliklərini xatırlatmağa çağırır. Hərəkat işğal altında olan ərəb ərazilərində ədalətin və təhsil və mədəni hüquqlar da daxil olmaqla, əsas hüquqların həyata keçirilməsinə, habelə paytaxtı Şərqi Qüds olan suveren və müstəqil Fələstin dövlətində Fələstin xalqının qanuni milli istəklərinin reallaşdırılmasına çağırışını təkrarlayır.

Diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatı Haitinin Cənub departamentində 2000-dən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələdən sonra Haiti xalqı ilə həmrəy olduğunu bildirir. Hərəkat zəlzələdən sonra şagirdlərin təhsillərini davam etdirə bilməsinə uyğun məktəb strukturları təmin etmək üçün UNESCO-nu Haitidə təcili tədbirlər görməyə çağırır.

Sonda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Azərbaycan və Serbiya tərəfindən 2021-ci il oktyabrın 11-12-də Belqradda təşkil edilmiş Yüksək Səviyyəli Xatirə Toplantısı alqışlanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM