09:45 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

UNESCO ilə Bakı Dövlət Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
01:12 15.12.2011

 

Dekabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsi ilə UNESCO arasında imzalanmış Anlaşma Memorandumunun təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ölkəmizdə bioetika elminin inkişaf etməsinin, bioetika fənninin tədrisi və təbliğinin əhəmiyyətindən danışmışdır. Son illər Azərbaycanla UNESCO arasında əlaqələrin daha da genişləndiyini qeyd edən A.Məhərrəmov bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.

Qeyd olunmuşdur ki, UNESCO-nun bioetika üzrə əsas tədris kursu sınaqlarının BDU-da keçirilməsi fikri ilk dəfə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu il  Bakıda təşkil olunmuş UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci toplantısında səslənmişdir.

Həmin konfrans çərçivəsində UNESCO-nun baş direktorunun  müavini Pilar Alvarez Laso ilə görüşən təhsil naziri Misir Mərdanov  bioetikanın Azərbaycanda tədris olunmasını dəstəklədiyini, 2012-ci ildə BDU-nun hüquq fakültəsinin nəzdində bioetika və tibbi hüquq fənninin və ya kafedrasının yaranacağını, gələcəkdə bu ixtisas üzrə magistraturanın da açılacağını bildirmişdir.

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva BDU ilə UNESCO arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışaraq vurğulamışdır ki, universitet artıq təşkilatın Baş ofisinin Bakıdakı tərəfdaşı hesab olunur. BDU UNESCO-nun həyata keçirdiyi müxtəlif layihələrdə, müsabiqələrdə iştirak edəcəkdir. UNESCO ilə ölkəmiz arasında əlaqələrin gündən-günə inkişaf etdiyini diqqətə çatdıran G.Əfəndiyeva demişdir ki, iki il ərzində Azərbaycan bu təşkilatın müxtəlif komitələrinə üzv seçilmişdir.

Bildirilmişdir ki, Memoranduma əsasən, BDU öz akademik proqramı çərçivəsində UNESCO-nun bioetika üzrə əsas tədris kursunun sınağında iştirak edəcək, bu təşkilat isə öz növbəsində, BDU-ya bu istiqamətdə lazım olan hər cür köməyi göstərəcəkdir.

Həmin Memorandumun səmərəli şəkildə reallaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutu ilə BDU arasında Anlaşma Memorandumu imzalanmışdır. Sənədi institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva və rektor A.Məhərrəmov imzalamışlar. Memorandumda ümumi maraqlara əsaslanan elm və təhsil sahəsində əməkdaşlıqla yanaşı, bioetika və tibbi hüquq sahəsi üzrə əməkdaşlığın təfərrüatı da əks olunmuşdur. Sənəddə 2011-2014-cü illərdə bioetika fənninin tədris olunmasının universitetin planına salınması nəzərdə tutulmuşdur.

Qeyd  olunmuşdur ki, son iki ildə Azərbaycanda bioetika elminin inkişafı geniş vüsət almışdır. AMEA-da bioetika və tibbi hüquq ixtisası üzrə doktorantura və dissertantura yaradılmış, şifrə təsdiq edilmişdir. Azərbaycanda bu sahənin inkişafında AMEA-nın İnsan Hüquqları İnstitutunun böyük rolu vardır. Bu institut nəzdində bioetika və tibbi hüquq şöbəsi yaradılmış, professor Vüqar Məmmədovun  rəhbərliyi ilə UNESCO-nun bioetika və tibbi hüquq kafedrasının nümayəndəliyi açılmışdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM