12 Noyabr 2021 10:14
1213
SİYASƏT
A- A+

UNESCO Baş Konfransında azərbaycanlı diplomat Ermənistan xarici işlər nazirinin təxribat dolu çıxışına tutarlı cavab verib

 

Mən Ermənistanın xarici işlər nazirinin bu gün verdiyi bəyanata cavab hüququmuzdan istifadə etmək istərdim. Bu çıxış beynəlxalq ictimaiyyətin diqqətini təkcə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində deyil, həm də Ermənistanın özündə aparılan mədəni təmizləmə faktlarından yayındırmağa yönəlmiş növbəti təxribat cəhdidir.

AZƏRTAC xəbər verir ki, bu fikri UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında qurumdakı Daimi Nümayəndəliyimizin II katibi Nahid Ömərov cavab hüququndan istifadə edərək, Ermənistanın xarici işlər nazirinin təxribat xarakterli çıxışına cavabında səsləndirib.

Vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irsimiz, o cümlədən 67 məsciddən 65-i azərbaycanlıların bu ərazilərdə tarixi mövcudluğunun sübutlarını silmək üçün Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılıb və yerlə-yeksan edilib. Azərbaycan kənd və şəhərlərinin tarixi adları tamamilə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.

“Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı öz ərazilərini işğaldan azad etdi. Bununla da BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini həyata keçirdi. Bu gün Azərbaycan üçün münaqişə başa çatıb və ölkəm bütün səylərini işğaldan azad edilmiş torpaqların dirçəldilməsinə yönəldib. Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə regionun həqiqi və tarixi simasını bərpa etmək üçün tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə böyük yenidənqurma və bərpa işləri aparılır”, - deyə N.Ömərov qeyd edib.

Azərbaycanla UNESCO arasında Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinə müstəqil texniki missiyanın göndərilməsi ilə bağlı konstruktiv dialoqun mövcud olduğunu bildirərək qeyd edib ki, Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi texniki missiyanın yerinə yetirilməsində deyil, daha çox onun siyasiləşdirilməsində maraqlı olduğunu nümayiş etdirir.

“Müxtəliflik və tolerantlıqdan danışarkən xatırladaq ki, Ermənistan regionda yeganə monoetnik ölkədir. Beynəlxalq ictimaiyyət ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına, o cümlədən nasizm, antisemitizm, islamofobiya və ksenofobiyaya qarşı mübarizə apararkən Ermənistan hökuməti nasist hərbi generalları təşviq edir və onlara abidə ucaldır.

Təəssüflər olsun ki, Ermənistan insanların şüurunda sülh yaratmaq əvəzinə, bu möhtərəm evin nəcib ruhunu zəhərləməklə ən yüksək kürsüdən sui-istifadə edir. Bu qətiyyən yolverilməzdir”, - deyə Daimi Nümayəndəliyimizin diplomatı vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video