07:43 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

UNEC dünya universitetlərinin reytinq sıralamasında
ANA SƏHİFƏ / TƏHSIL
18:02 10.06.2021


QS Reytinq agentliyi 2022-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq” sıralamasını açıqlayıb.
Builki reytinq sıralamasında 93 ölkədən 6415 ən yaxşı  universitet iştirak edib. Onlar arasında 1300 universitet yüksək nəticə əldə edərək, “QS Dünya Universitetlərinın Reytinq” sıralamasına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il “QS Dünya Universitetləri Reytinqi”nə daxil olaraq, 1001-1200-ci yerlərdə qərarlaşıb.
Dünya universitetlərinin reytinqi 5 indiqator əsasında müəyyən edilir.  Bu indiqator arasında ək yüksək çəki “Akademik Reputasiya”  indiqatoruna aiddir. Həmin indiqator üzrə UNEC dünyanın ən yaxşı 501+ universiteti sırasında qərarlaşıb.
UNEC-in əldə etdiyi yüksək nailiyyətlərdən biri də “İşəgötürənlər reputasiyası” indiqatorları üzrə dünyanın ən yaxşı  501+ universiteti sırasına daxil olmasıdır. İşəgötürənlər arasında aparılan sorğu anketində 450 000-dən çox iş adamı və menecerlər iştirak edib.
QS dünya reytinqində ən yüksək çəkiyə malik olan indiqatorlardan biri də “İstinadların sayı” hesab olunur. Bu inqidator 20% çəkiyə malikdir və  son beş ildə SCOPUS indeksli məqalələrə verilən istinadların sayı əsasında hesablanır. Bu indiqator üzrə UNEC 601+ ən yaxşı nəticəni əldə edən universitetlər arasındadır.
2017-ci illə müqayisədə 2020-ci  ildə UNEC-in professor-müəllim heyətinin SCOPUS bazasında olan məqalələrinə verilən istinadların sayı təxminən 286% artıb.  UNEC müəllimlərinin məqalələrinin 59.3% yüksək təsir faktoru olan Q3 və Q4 kvartil jurnallarında çap edilib. Həmçinin, UNEC professor-müəllim heyətinin elmi əsərlərinin təxminən 1/3 hissəsi beynəlxalq partnyorlarla birgə tədqiqatın nəticəsi olaraq çap edilib. Bu da UNEC-də elmi tədqiqatlar sahəsində  beynəlmiləşməninin bariz  nümünəsi hesab edilə bilər.
Ümümilikdə, UNEC 2015-2021-ci illər ərzində QS reytinq təşkilatının sıralamarında mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universitetidir. 2020-ci illə müqayisədə UNEC 2022-ci ildə daha yaxşı nəticə əldə edərək təxminən 17%  irəliləyişə nail olub.

 

Elnarə MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM