Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayından sonra qurumun birinci işçi iclası keçirilmişdir
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi aparatında konqresin noyabrın 25-də Moskvada keçirilmiş üçüncü qurultayından sonra birinci işçi iclası olmuşdur. İclasda konqresin gələcək fəaliyyəti, yaxın perspektivdə qarşıda duran vəzifələr müzakirə edilmişdir.
ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, bir sıra səbəblərə görə qurumun üçüncü qurultayını çox mühüm tarixi hadisə adlandırmaq olar. O demişdir: "Əvvəla, qurultay Rusiya üçün əlamətdar və bir çox mənada taleyüklü olan ictimai-siyasi hadisələr, yəni bu il dekabrın 4-nə nəzərdə tutulmuş RF Dövlət Dumasına seçkilər və 2012-ci ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində olmuşdur. İkincisi, bu ilin iyulunda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilmişdir. Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının yaradılması siyasəti istiqamətində yaradılmış
ÜAK-ın təsis edilməsinin bu il 10 ili tamam olmuşdur. Həmin istiqamətin bundan sonra da davamlı və dinamik inkişafını özünün vətəndaşlıq borcu sayan Prezident İlham Əliyev ulu öndərin işini layiqincə davam etdirir".
Mikayıl Hüseynov xüsusi vurğulamışdır ki, çoxsaylı Azərbaycan diasporu ciddi elektoratdır və indiki halda Azərbaycan diasporunun nümayəndələrini parlament və prezident seçkilərinin keçirilməsinə fəal qoşulmağa çağırmaq lazımdır. O qeyd etmişdir ki, ÜAK Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, habelə ölkəmizin dostluq və tərəfdaşlıq telləri ilə bağlı olduğu Rusiyanın indiki siyasi xəttini davam etdirən digər ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.
Konqresin qarşısında duran vəzifələrdən söz açan baş katib diasporun güclənməsi, Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərilməsinin, regional təşkilatların fəaliyyətinin, gənclərlə işin genişləndirilməsinin vacibliyi məsələləri üzərində ətraflı dayanmışdır.
Onun fikrincə, Azərbaycan konqresi müasir tələblərə cavab verən daha dinamik və hərəkətli təşkilat olmalı, həmçinin Azərbaycan reallıqlarının, o cümlədən ÜAK-ın fəaliyyətinin təbliğinə dair səylərini artırmalıdır. Bununla əlaqədar olaraq, yerli KİV-lərlə daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.
Asya HacızadƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək
29 Mart
Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SO...
29 Mart
Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir
29 Mart
İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır...
29 Mart
“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb
29 Mart
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
29 Mart
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!