11 Dekabr 2011 02:12
494
Mədəniyyət
A- A+

Ümummilli lider Heydər Əliyevə həsr edilmiş «Dövlət» adlı filmin təqdimatı olmuşdur

 

Dekabrın 10-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkdiyi silsilə filmlərin "Dövlət" adlı 11-ci seriyasının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, partiya fəalları, ziyalılar iştirak etmişlər. 

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan xalqının Heydər Əliyev şəxsiyyətinə hörməti və ehtiramı hər şeydən əvvəl ulu öndərin dövlətimizin qarşısında misilsiz xidmətlərinə bir daha yüksək qiymət verməsinin ifadəsidir. Bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqil müasir Azərbaycan dövləti onun şah əsəri olaraq inkişaf edir.

Ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlı üçün milli iftixar, qürur mənbəyi olduğunu vurğulayan Əli Əhmədov demişdir ki, Azərbaycan xalqının ulu öndərin xatirəsinə ehtiramının mühüm göstəricilərindən biri də onun ideyalarına, müəyyənləşdirdiyi siyasətə inamıdır. Bugünkü Azərbaycanın iqtisadi inkişafını, sabitliyini qiymətləndirərkən Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Buna görə də ümummilli liderin ideyaları, Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz tarixi xidmətləri heç vaxt yaddaşlardan silinməyəcəkdir.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş "Dövlət" filminin təqdimatı olmuşdur.

Üç hissədən ibarət film ümummilli liderin Naxçıvan Ali Sovetinin sədri işləyərkən blokadada olan muxtar respublikanın yaşamasını təmin etmək üçün xarici dövlətlərlə əlaqələr qurmasından, Azərbaycanın müstəqilliyinin ilk illərində paytaxtda və regionlarda hökm sürən özbaşınalıq, xaos, anarxiya şəraitində ölkəmizdə qardaş qırğınının qarşısının alınması üçün xalqımızın təkidli tələbi ilə xilaskar missiyası ilə Bakıya gəlməsindən, bu yolda bəzi qüvvələr tərəfindən ona göstərilən maneələrə baxmayaraq, yaranmış gərgin vəziyyəti aradan qaldıraraq sabitliyin bərqərar edilməsi istiqamətində yorulmaz səylərindən bəhs edir.

Filmdə ulu öndərin hakimiyyətə qayıtdıqdan sonra xalqımızın dəstəyinə arxalanaraq dövlət quruculuğu, ölkəmizin inkişafı, islahatların həyata keçirilməsi, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi, "Əsrin müqaviləsi"nin imzalanması, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ilə bağlı fəaliyyəti geniş şəkildə öz əksini tapmışdır.

Mərasimdə çıxış edən filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev təqdimat üçün yaradılmış şəraitə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirmişdir. 

V.Mustafayev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çəkdiyi filmlər onun təkcə yaradıcılığı deyil, həm də mövqeyidir.  

Milli Məclisin deputatı Fəttah Heydərov ulu öndər Heydər Əliyevin xatirə günündə onun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərdən bəhs edən belə bir filmin nümayişini yüksək qiymətləndirmişdir.

Fəttah Heydərov aramızda olmadığı 8 ildə ümummilli lider haqqında çoxsaylı kitabların nəşr edilməsini, filmlərin çəkilməsini Azərbaycan xalqının ulu öndərin xatirəsinə ehtiramının bariz nümunəsi olduğunu vurğulamışdır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli lider Heydər Əliyev haqqında çəkilmiş bütün filmlərin hər zaman böyük maraq doğurduğunu bildirmişdir.

E.İbrahimov demişdir ki, ulu öndərin xidmətlərinin qiymətləndirilməsi baxımından gələcək nəsillərimiz üçün də çox faydalı olan və Azərbaycanın real tarixinin öz əksini tapdığı bu film ümummilli liderin xalqımızın qəlbində əbədi yaşayacağını bir daha nümayiş etdirdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video