20:41 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19-un ağır keçməsi və ölüm riski, vaksinasiyanın yan təsirləri riskindən daha yüksəkdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
21:12 10.04.2021

 

Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib ki, COVID-19-a qarşı peyvəndlərin faydası onların mümkün yan təsirləri ilə bağlı risklərdən dəfələrlə üstündür. O, 14 ölkənin hələ ki, bu prosesə başlamadığını bildirərək, dünyanın hər yerində vaksinasiyanı sürətləndirməyə çağırıb.

ÜST-nin rəhbəri son altı həftə ərzində COVAX təşəbbüsü çərçivəsində 38 milyondan çox vaksin dozasının dünyanın 100-dən artıq ölkəsinə çatdırıldığını xatırladıb.

"Xatırladığınız kimi, ilin əvvəlində biz bu ilin ilk 100 günü ərzində bütün ölkələrdə vaksinasiyanı başlamağa çağırdıq. Sabah yüzüncü gündür. Dünyanın 220 ölkəsindən və ayrı-ayrı ərazilərindən 194-ü artıq vaksinasiyanı başlayıb, 26-ı isə hələ də bu prosesə qoşulmayıb. Onlardan yeddisi artıq vaksin alıb və vaksinasiyanı başlaya bilər, daha 5 ölkə önümüzdəki günlərdə vaksinlər almalıdır", - deyə doktor Tedros Qebreyesus söyləyib.

Onun sözlərinə görə, daha 14 ölkə müxtəlif səbəblərdən vaksinasiya və ya ona hazırlıq prosesinə hələ ki, heç başlamayıb. "Onlardan bəziləri COVAX vasitəsilə vaksinlər üçün müraciət etməyiblər, digərləri isə hələ immunlaşdırma kampaniyasını aparmağa hazır deyillər...", – deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, hətta vaksinasiyanın başlandığı ölkələrdə belə, əhalinin qalan hissəsi bir tərəfə, bütün səhiyyə işçiləri üçün hələ kifayət qədər dozalar yoxdur. BMT rəhbəri vaksinlərin bölüşdürülməsində disbalansı "şok" adlandırıb.

"Bütün dünyada 700 milyondan artıq dozada vaksin istehsal olunub, lakin onların 87 faizindən çoxu orta səviyyədən yüksək və ya yüksək gəlirləri olan ölkələrin sərəncamındadır, halbuki aşağı gəlirli ölkələr bu ehtiyatın yalnız 0,2 faizini alıblar", – deyə doktor Tedros Qebreyesus bildirib. Orta hesabla, yüksək gəlir səviyyəsinə malik ölkələrdə vaksini demək olar ki, hər dördüncü şəxs, aşağı gəliri olan ölkələrdə isə 500 nəfərdən biri alıb.

Hazırda Azərbaycanda koronavirusa qarşı 1 milyon 111 min 722 vaksin vurulub. Birinci mərhələdə peyvənd olunanların sayı 706 min 433, ikinci mərhələdə isə 405 min 289 nəfər olub.

Vaksinasiya ilə bağlı mümkün risklər barədə danışarkən, ÜST rəhbəri qeyd edib ki, istənilən peyvənd və istənilən dərman yan təsirlərə səbəb ola bilər. O əlavə edib ki, COVID-19 xəstəliyinin ağır keçməsi və ölümün ehtimalı peyvəndlərlə bağlı bəzi yan təsirlərin yaranması riskindən dəfələrlə yüksəkdir.

Tedros Qebreyesus bir daha vurğulayıb ki, immunizasiya yoluxmanın qarşısının alınması və həyatın xilas edilməsi vasitələrindən yalnız biridir. O, virusa qarşı digər müdafiə tədbirlərini də zəiflətməməyə çağırıb.

Tedros Qebreyesusun həmkarı Marqaret Harris jurnalistlərin suallarını cavablandırarkən, dünyanın bir çox yerində, koronavirus səbəbindən yeni xəstəlik və ölüm hallarının sayının sürətlə artdığını bildirib, buna görə də doktor Tedros Qebreyesus kimi, o da vaksinasiyanı sürətləndirməyə çağırıb.

Marqaret Harris hazırda ÜST-nin Çinin "Sinofarm" və "Sinovak" peyvəndləri haqqında məlumatları öyrəndiyini təsdiqləyib. Onun dediyi kimi, bu proses son mərhələdədir. İki vaksin üzrə qərarların aprel ayının sonuna qədər qəbul ediləcəyi gözlənilir. Rusiyanın “Sputnik V” vaksininə gəlincə, Harrisin sözlərinə görə, onun qiymətləndirilməsi prosesi hələ "yekun mərhələyə çatmayıb" və hələlik ÜST-də bu vaksinin nə vaxt təsdiqlənəcəyini deyə bilmirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM