22 Iyun 2021 00:09
776
İQTİSADİYYAT
A- A+

Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının sessiyası keçirilir

İyunun 21-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının iki günlük sessiyası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən sessiyada Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ÜGT Şurasının Avropa Regionu üzrə sədr müavini qismində iştirak edib.

Sessiyanın açılışında çıxış edən ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verib, daha sonra isə təşkilatın baş katibi Kunio Mikuriya ÜGT-nin strateji planının icrasına dair tərəqqi hesabatını təqdim edib. Sessiyanın birinci iş günündə, eyni zamanda özəl sektor məşvərət qrupunun hesabatı, ÜGT-nin COVID-19 fəaliyyət planı, elektron ticarət paketi ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər COVID-19 pandemiyası dövründə beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasında, pandemiya ilə mübarizə çərçivəsində dərman vasitələri və tibbi ləvazimatların sürətli şəkildə çatdırılmasında gömrükçülərin xüsusi rol oynadığını vurğulayıb, təşkilatın gələcək strategiyası, prioritet sahələrin inkişafına dair fikir və rəylərini bildiriblər.

Tədbirin ikinci günündə isə ÜGT-nin 2021-2022-ci illər üzrə strateji planı, cari il üzrə vəziyyətin qiymətləndirilməsi, ÜGT-nin biznesin davamlılıq planı, gender bərabərliyi, idarəçilik və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video