03:31 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümid günü-gündən çoxalır
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

20 il bundan əvvəl dekabr ayının qanlı günləri yaddaşımızdan heç zaman silinməyəcəkdir. 15 dekabrda Cəmilli, 23 dekabrda Meşəli, 28 dekabrda isə Kərkicahan yaşayış məntəqələri rus və erməni hərbi birləşmələri tərəfindən yandırılaraq işğala məruz qaldı.

O qanlı günlərdə Cəmilli 16, Meşəli 26, Kərkicahan isə 34 şəhid verdi. Salamat qalanlar hazırda Goranboy rayonunun Börü və Meşəli kəndlərində yeni salınmış yaşayış massivlərində, habelə Gəncə şəhərində məskunlaşıblar.

Bu günlərdə Cəmilli, Meşəli və Kərkicahan sakinlərinin yaşadıqları yerlərdə anım mərasimləri keçirilmiş, doğma yurd-yuvaları yad edilmişdir.

Natiqlər Prezident İlham Əliyevin məcburi köçkünlərə bəslədiyi tükənməz qayğı və diqqətə görə təşəkkür etməklə yanaşı, dedilər ki, ümid günü-gündən çoxalır, şübhə yoxdur ki, yaxın vaxtlarda öz doğma yerlərinə qayıdacaqlar.

 

Qasım QIRXQIZLI,

"Xocalının səsi" qəzetinin redaktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM