23 Oktyabr 2011 12:10
418
Oxucu məktubları
A- A+

Ulu dağların sədası

 

Zaqatala ziyalıları hərdən gileylənirdi ki, nə üçün eloğlumuz Əhməd İsayev yazılarında bizim elləri az yada salır. Demə, geniş söhbət üçün hazırlıq görürmüş.

Nəticədə "Bu dağlar, ulu dağlar" adlı çox dəyərli bir kitab meydana gəlib. Kitabda oğuz-türk yurdu Zaqatala-Qax-Balakən bölgəsinin tarixindən, taleyindən bəhs edilir. Bölgənin keçmişini və bugününü doğru-dəqiq əks etdirən bu kitab elmi-tədqiqat əsəri, bir növ, ensiklopedik toplu sayıla bilər.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəsrdə bölgənin tarixi konkret faktlar və sənədlər əsasında araşdırılır. "Dağlar kimi vüqarlı", "Tarixin üç önəmli səhifəsi" və "Yurd yerləri" fəsillərində bölgənin şanlı, şərəfli tarixi diqqətlə araşdırılır. Car-Balakən icmasının, İlusu sultanlığının fəaliyyəti, Zaqatalanın işğalçı qüvvələrə qarşı qeyrətli və qətiyyətli mübarizəsi, inkişaf yolu, müstəqillik əldə edildikdən sonra hər yanın çiçəklənməsi haqqında, son illərdə bölgədə əldə edilən nailiyyətlər barədə geniş məlumat verilir.

"Dağlar kimi vüqarlı" adlı bölmədə Zaqatala haqqında maraqlı fraqmentlər tarix ölkəşünaslıq muzeyinin direktoru Məmmədkamil Əhmədovla müsahibə şəklində təqdim olunur. Həmin müsahibədə yeni və maraqlı məlumatlar öz əksini tapıb. Zaqatala səddi, Pəri qalası, Pompeyin hücumu, Zaqatalanın tarixi, etnik tərkibi haqqında dəyərli məlumatlar məhz bu qəbildəndir.

"Kimlər gəldi, kimlər getdi", "Topdağıtmaz qala", "Sübhün şəfəqi", "Zaqatala alayı", "Sədaqət simvolu", "İman-inam diyarı" və "Möhtəşəm Tala məscidi" adlı bölmələrdə bu yerlərin qəhrəman övladları, mübariz və yaradıcı insanları haqqında bir-birindən maraqlı materiallar diqqəti cəlb edir.

"Tarixin üç önəmli səhifəsi" fəsli də maraqla oxunur. XIX əsrdə rus işğalçılarına qarşı Zaqatala bölgəsində üç dəfə kütləvi üsyan olmuşdur. Hər üç hadisə ilə bağlı kitabda konkret faktlar verilir. Burada rus generalları Sisyanovun, Qulyakovun və Paskeviçin hücumlarına qarşı carlıların mərd mübarizəsi faktlarla əks olunur.

Tədqiqatçı jurnalist Ə.İsayev ilk dəfə olaraq İlusu sultanı Daniyal bəyin mübarizə yolunu geniş işıqlandırır. Müəllif yazır: "Bu tarixi oçerki mən Azərbaycanın əzəli və əbədi torpaqlarına göz dikən bəzi qonşuların və bir də xalqımızın qəhrəman oğlu Daniyal bəyin şəxsində düşmən obrazı yaratmağa çalışan "Qafqazda müridizm" adlı bədnam kitabın müəllifi - avantürist N.Smirnovun və qeyrilərinin bədxah iddialarına cavab olaraq yazdım".

Əhməd İsayev doğma torpağın hər guşəsini, hər olayını əsl vətəndaş qeyrəti ilə araşdırır, oxuculara doğru-dəqiq bilgilər verməyə çalışır. Professor Yaqub Mahmudovun "Qədim Qafqaz Albaniyasının tarixi məhz şimal-qərbi Azərbaycanda yaşayır. Vaxt varkən bu yerlərin tarixini dərindən tədqiq etməliyik" sözlərinə istinad edən müəllif yazır: "Mənim bu qeydlərim də elə həmin nəcib istəkdən yaranıb. Doğma torpağımızın tarixini, taleyini yad ölkələrə yönəltməyə çalışan bədxahlara demək istəyirik: "Baxın, oxuyun, bu, ulu Azərbaycanın nadir guşəsi olan İlusu sultanlığının tarixi, bu da Azərbaycanın igid oğlu general Daniyal bəyin ömür yolunun ibrətamiz səhifələri!".

Yazıçı-jurnalist Əhməd İsayevin "Bu dağlar ulu dağlar" adlı kitabı türk-oğuz diyarı Qax, Zaqatala və Balakən bölgəsinin şanlı tarixindən, şərəfli bu günündən, daha işıqlı sabahından xəbər verən maraqlı kitabdır.

 

Əli SÜLEYMANOV,

pedaqoji elmlər namizədi

 

Zaqatala

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video