18 Dekabr 2011 02:12
440
Mədəniyyət
A- A+

Ukraynada «İlham Əliyev: Azərbaycan Prezidentinin portreti» kitabının təqdimat mərasimi olmuşdur

 

Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasında yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun və Viktor Andrianovun Ukrayna dilinə tərcümə olunmuş  "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə Ukraynanın tanınmış elm və mədəniyyət xadimləri, deputatlar və diplomatlar iştirak etmişlər.

Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasının prezidenti, professor Yuri Kovbasyuk kitabın Ukraynanın elmi ictimaiyyətinə təqdim olunmasının əhəmiyyətindən danışmışdır.

Y.Kovbasyuk vurğulamışdır ki, tarixi faktlarla zəngin əsərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki Azərbaycanda, o cümlədən bölgədə həyata keçirilən qlobal beynəlxalq layihələr ustalıqla qələmə alınmışdır. Belə bir dəyərli kitabın Ukrayna ictimaiyyətinə təqdim edilməsi elmi dairələrdə ölkələrimiz arasında münasibətlərin növbəti müzakirəsinə də səbəb olmuşdur. Birmənalı olaraq demək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gündən-günə çiçəklənməsi dost ölkə kimi bizi də fərəhləndirir.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Milli Məclisin deputatları Eldar İbrahimov, Elmira Axundova, Rüfət Quliyev və İqbal Məmmədov da çıxış edərək ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri arasında layiqli yer tutduğunu və bununla bağlı kitabda obyektiv mənzərənin əks olunduğunu bildirmişlər.

Ukrayna Ali Radasının deputatları Eduard Zeynalov, Oksana Bilozir və başqaları Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri xalqın dövlət başçısına, dövlət başçısının isə xalqına olan böyük sevgisinin məntiqi nəticəsi kimi qiymətləndirmişlər.

Kitaba böyük maraq göstərilməsindən məmnunluğunu ifadə edən yazıçı, deputat Hüseynbala Mirələmov əsərin Ukrayna dilinə tərcümə edilməsində zəhməti olan şəxslərə minnətdarlığını bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video