18 Dekabr 2011 12:12
415
Mədəniyyət
A- A+

Uilfrid Martensin «Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm» kitabı Azərbaycan dilində çapdan çıxmışdır

 

Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri, tanınmış ictimai-siyasi xadim Uilfrid Martensin "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çapdan çıxmışdır.

Bu barədə AzərTAc-a BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verərək demişdir ki, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görmüşdür. U.Rəhimoğlu demişdir ki, kitabın ingilis dili versiyasının 2010-cu ilin martında Azərbaycanda təqdimatı keçirilmişdir. Biz bu kitabı Azərbaycan dilində nə üçün nəşr etdik? Bu kitabda diqqətimizi çəkən nə oldu? İlk səhifəsi dua ilə başlayan bu kitab son əlli ildə Avropanın yetirdiyi ən məşhur siyasətçilərdən biri olan, liberal dəyərlərin yorulmaz müdafiəçisi Uilfrid Martensin memuar formasında qələmə aldığı adi bir tərcümeyi-hal deyildir. Bu kitabda Avropa və dünya siyasətinin çox maraqlı, dəyərli məqamları müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınmışdır. Çox zəngin bioqrafiyaya və böyük təcrübəyə malik olan U.Martens 12 il Belçikanın Baş naziri olmuşdur. Əslində U.Martensin həyatı, sözün həqiqi mənasında, bir örnəkdir. Almaniyanın kansleri Angela Merkelin kitaba ön söz yazması nəşrin əhəmiyyətinin göstəricisidir. Kitab Azərbaycan dilinə AzərTAc tərəfindən tərcümə olunub redaktə edilmişdir. Nəşrin çapa hazırlanması üzərində böyük bir qrup çalışmışdır".

U.Rəhimoğlu demişdir ki, kitabın Azərbaycan dilində nəşrinə razılıq verən bu marağın səbəbini izah edərək yazmışdır: "Azərbaycanda Avropa quruculuğuna niyə bu cür maraq göstərirlər? "Şərq tərəfdaşlığı" Proqramının üzvü olan bu Avropa ölkəsi müstəsna coğrafi məkana malikdir. Rusiyanın, Türkiyənin, İranın əhatəsində yerləşən Azərbaycan tarix boyu öz kimliyini formalaşdıra və bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Bununla belə, region qeyri-sabitdir. Qədim regional münaqişələr hələ öz həllini gözləyir. Bəlkə də Avropa quruculuğu təcrübəsi, xüsusilə də amansızcasına bir-birinə qarşı döyüşmüş Almaniya və Fransa barışığı nümunə rolunu oynaya bilər. Lakin çox gözəl dərk edirəm ki, siyasi liderlər tərəfindən əməli təşəbbüslərin göstərilməsi, xalqların kin-küdurəti unudaraq bu təşəbbüslərə qoşulması üçün cəsarət lazımdır. Avropa quruculuğunun tarixi, - ola bilsin ki, kitaba maraq bundandır, - bu prosesin mümkünlüyünü sübut edir".

U.Martensin on fəsildən ibarət kitabında ümumilikdə 235 yazı yer almış, müəllifin müxtəlif görüşlərdən, beynəlxalq toplantılardan çəkilmiş çox maraqlı 46 fotosu da verilmişdir.

U.Rəhimoğlu demişdir ki, müəllif yaxın günlərdə Azərbaycana gələcək və kitabın yüksək səviyyədə təqdimatı keçiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video