06 Yanvar 2012 01:01
378
SİYASƏT
A- A+

Uilfred Martens: Azərbaycan bir nümunədir

 

Avropa Xalqları Partiyası (AXP) bu qurumun sədri Uilfred Martensin Cənubi Qafqaz regionuna səfəri haqqında məlumat yaymışdır.

AzərTAc xəbər verir ki, məlumatda AXP sədrinin Gürcüstan və Azərbaycana 4 günlük səfəri çərçivəsində keçirdiyi görüşləri və fikirləri yer almışdır.

Qeyd olunur ki, Uilfred Martens Azərbaycana səfəri zamanı müəllifi olduğu "Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm" kitabının Azərbaycan dilinə tərcümə olunmuş nəşrinin təqdimat mərasimində çıxış etmişdir. Təqdimat mərasimində hökumət nümayəndələri, Milli Məclisin deputatları, akademiklər, gənc siyasətçilər və s. iştirak etmişlər. O, həmçinin Yeni Azərbaycan Partiyasından olan gənclərə Avropaya inteqrasiya haqqında mühazirə oxumuşdur. Bundan əlavə, onun Qafqaz müsəlmanlarının şeyxi, xristian ortodoks kilsəsinin və yəhudi icmasının nümayəndələri ilə səmərəli görüşləri də olmuşdur. Səfərin sonuncu günü Uilfred Martens Azərbaycan  Prezidenti İlham Əliyev ilə görüşmüşdür.

Gürcüstana və Azərbaycana səfərinin çox məhsuldar keçdiyini vurğulayan U.Martens bildirmişdir ki, səfər çərçivəsində bir daha əmin oldum ki, bu ölkələrdə "Şərq tərəfdaşlığı" proqramının gerçəkləşməsinə maraq çoxdur və Avropa dəyərlərinə inteqrasiya yüksək sürətlə həyata keçirilir.

U.Martens demişdir: "Azərbaycan Prezidenti İlham Əliyev ilə çox dəyərli görüşümüz oldu. Biz Avropaya inteqrasiya, Avropa İttifaqı ilə əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı xüsusi rol və s. haqqında geniş fikir mübadiləsi apardıq. Bundan əlavə, biz iqtisadi, sosial və siyasi sahədə həyata keçirilən islahatlar haqqında fikirlərimizi bölüşdük. Məhz buna əsasən, bir daha dəqiqləşdirdim ki, Azərbaycan bu islahatlar nəticəsində Avropa İttifaqı, Avropa Şurasının Venesiya Komissiyası da daxil olmaqla beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurmağa müvəffəq olmuşdur. Mən Azərbaycanda müxtəlif dinlərin və onların icmalarının dinc və harmoniya şəklində birgəyaşayışına, tolerant münasibətə heyran qaldım. Bu baxımdan, deyə bilərəm ki, Azərbaycan bir nümunədir".

Avropa Xalqları Partiyası Avropanın ən böyük və ən nüfuzlu sağ-mərkəzçi partiyasıdır. Hazırda 39 ölkədən 74 partiya, həmçinin Avropa Komissiyasının, Avropa Şurasının və Avropa Parlamentinin prezidentləri, Avropa İttifaqına daxil olan 16 və bu birliyə daxil olmayan 6 ölkənin dövlət və hökumət başçıları, Avropa Komissiyasının 13 üzvü Avropa Xalqları Partiyasının üzvüdür. AXP Avropa Parlamentində ən böyük qrupla təmsil olunan yeganə siyasi qurumdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video