20:05 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Uğurlarımızın memarı

ANA SƏHİFƏ / SİYASƏT
00:23 11.04.2021

 

2018-ci il aprel ayının 11-də keçirilən növbədənkənar seçkilərdə xalqımız İlham Əliyevə etimad göstərməklə Heydər Əliyev yolunun davamına və inkişaf siyasətinə, respublikamızın yüksəlişinə səs verdi, ölkənin taleyinə biganə olmadığını göstərdi. Növbədənkənar prezident seçkiləri həm də belə bir həqiqətin növbəti təsdiqi oldu ki, Azərbaycan xalqı özünün və respublikamızın gələcək inkişaf yolunda mövcud siyasi kursa heç bir alternativ görmür.

Bu da təsadüfi deyildi. Çünki son seçkilərə qədər, daha dəqiq ifadə etsək, cənab İlham Əliyevin 15 ilə yaxın rəhbərliyi dövründə ölkə ictimaiyyəti yalnız və yalnız davamlı inkişafın, yüksələn sosial rifahın, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini inamla möhkəmləndirən, torpaqlarımızın işğaldan azad olunmasına aparan, Ermənistanı hərb və diplomatiya cəbhələrində küncə sıxışdıran siyasətin  şahidi olmuşdu.

Məhz bu həqiqətlərə söykənən seçicilər 11 aprel seçkilərində də aktiv iştirak etdilər və onların 86,02 faizi səsini İlham Əliyevə verdi. Azərbaycan xalqı İlham Əliyevə etimad göstərməklə həm də son 15 il ərzində görülən işlərə yüksək qiymət verdi. 2018-ci ilin seçkilərinin nəticəsi həm də növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamın təcəssümü idi. Bu mənada 3 il əvvəl insanlar həm də sabitliyə, təhlükəsizliyə və gələcək inkişafa səs verdilər.

Xatırladım ki, hələ 2018-ci il fevral ayının 8-də keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu fikirləri ilə yekunlaşmışdı:  “Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, əgər prezident seçkilərində Azərbaycan xalqı mənə yenidən yüksək etimad göstərərsə, doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm”. Ötən illər İlham Əliyevin öz vədinə sadiq, dövlətimizin və xalqımızın maraqlarını hər şeydən uca tutan başçı olduğunu təsdiqlədi.

Əlbəttə, 3 il qarşıya qoyulmuş inkişaf məqsədlərinin reallaşdırılması baxımından uzun zaman kəsiyi sayıla bilməz. Amma bu müddətdə görülən işlər, atılan addımlar və əldə olunan nəticələr Prezident İlham Əliyevin elan etdiyi inkişaf prioritetlərinin, Milli Məclisdə andiçmə mərasimindəki nitqində qarşıya qoyduğu vəzifələrin  real həyata sürətlə vəsiqə aldığını göstərir. Bu dövr Prezident İlham Əliyevin elan etdiyi yeni islahatlar konsepsiyasının uğurla reallaşması cəmiyyət həyatına bəxş etdiyi pozitiv yeniliklər baxımından əlamətdardır.  Bu dövrdə yeni iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artması və bunun nəticəsində vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar, struktur və kadr islahatları, parlamentin yenilənməsi cəmiyyət tərəfindən xüsusi rəğbətlə qarşılandı. Məhkəmə-hüquq islahatları ədalət mühakiməsi sistemində yeni keyfiyyət dəyişikliklərinin baş verməsi ilə müşayiət olundu.

Ötən 3 ilin ən böyük hadisəsi isə, əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası oldu. 2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Aprel qələbəsinə toxunan Prezident İlham Əliyev demişdi: “Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik”.

Bəli, uğurlarımızın memarı olan İlham Əliyevin həyata keçirdiyi siyasət, bütün istiqamətlərdə görülən kompleks tədbirlər 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu Qələbə ilə İlham Əliyev dövlətimiz və xalqımız qarşısında tariximizə qızıl hərflərlə həkk olunan möhtəşəm missiyanı yerinə yetirdi. Ona görə Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi tariximizin ən qüdrətli sərkərdələri ilə bir cərgədə dayanır.

Artıq Azərbaycan ən ağrılı problemini yoluna qoyub və torpaqlarımızın azad edilməsi dövlətimiz üçün yeni inkişaf perspektivləri yaradıb. Ona görə qarşıdakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni  və həm də daha möhtəşəm inkişaf salnaməsi yazılacaq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM