26 Avqust 2021 23:28
891
İDMAN
A- A+

UEFA Konfrans Liqası: “Aberdin” - “Qarabağ” matçında Ağdam təmsilçiləri hesabı açıb

Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Aberdin" - “Qarabağ” matçında Ağdam təmsilçiləri hesabı açıb.

AZƏRTAC xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib.

“Pittodri” stadionunda keçirilən görüşü Avstriyadan olan hakimlər idarə edirlər. Matçda baş hakim funksiyasını Harald Lexner yerinə yetirir. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim Yulian Veynbergerdir.

"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Abdullah Zubir, Kadi Borqes, Xayme Romero və Ramil Şeydayev yer alıb.

"Aberdin"in heyətində isə Co Lyuis, Ross Makkrori, Cek Makkenzi, Deklan Qallaher, Skott Braun, Funso Ojo, Luis Ferqyuson, Kelvin Remsi, Kristian Ramirez, Teddi Cenks və Conni Hayes yaşıl meydana çıxıb.

Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəliblər. Ağdam klubu son 7 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə UEFA Çempionlar Liqası, altı dəfə isə UEFA Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video